Məhkəmə qərarları › İş №e-2(043)-1162/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1162/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1162/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 1144 manat borc və 31,44 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1175,44 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.12.2019-cu il və 06.01.2021-ci il tarixli müqavilələrə əsasən Samsung markalı soyuducu, HOFFMAN plitə, HOFFMAN aspirator, İMEİ kodu **********53059 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 1144 manat borcu yaranmışdır. 12.12.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 1980 manat (18 ay x 110 manat+0 manat ilkin ödəniş), Samsung soyuducu, HOFFMAN plitə, HOFFMAN aspirator üçün 614 manat ödənilməmiş hissə, 61 manat cərimə, 06.01.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 612 manat (18 ay x 33 manat+ 18 manat ilkin ödəniş) İMEİ kodu **********53059 Samsung Galaxy A21 s markalı telefon üçün 427 manat ödənilməmiş hissə və 42 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 566,70 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 1980 manat olan Samsung markalı soyuducu, HOFFMAN plitə, HOFFMAN aspiratoru ayda 110 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.01.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 612 manat, İMEİ kodu **********53059 olan Samsung Galaxy A21s markalı telefonu, 2 illik qızıl zəmanəti ilə ayda 33 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. Müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.12.2019cu il tarixli müqavilə üzrə 1366 manat ödəniş etmişdir, 614 manat borcu qalmışdır. Ödənişlərin 180 gün gecikdirilməsinə görə 61 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 06.01.2021-ci il tarixli müqavilə üzrə 185 manat ödəniş etmişdir, 427 manat borcu qalmışdır. Ödənişlərin 240 gün gecikdirilməsinə görə 42 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış və iddiaçı cavabdehə məişət əşyalarını hissə-hissə ödəmək şərtilə nisyə qaydada satmışdır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqavilələrə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə cavabdehdən 12.12.2019-cu il tarixli müqavilə üzrə 614 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu; 06.01.2021-ci il tarixli müqavilə üzrə 427 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu olmaqla, ümumilikdə 1144 (bir min yüz qırx dörd) manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31,44 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12.12.2019-cu il tarixli müqavilə üzrə 614 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu; 06.01.2021-ci il tarixli müqavilə üzrə 427 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu olmaqla, ümumilikdə 1144 (bir min yüz qırx dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,44 manat (otuz bir manat 44 qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar