Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1167/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 1114 manat borc və 31,14 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1145,14 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 24.10.2019-cu il və 17.06.2020-ci il tarixli müqavilələrə əsasən Alyans-Paris Dolab, Alyans-Paris Çarpayı, Alyans-Paris Trümo, Alyans-Paris Tumba, Döşək, İMEİ kodu **********90445 Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 1114 manat borcu yaranmışdır. 24.10.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 2808 manat (24 ay x 117 manat+0 manat ilkin ödəniş), Alyans-Paris Dolab, Alyans-Paris Çarpayı, Alyans-Paris Trümo, Alyans-Paris Tumba, Döşək üçün 779 manat ödənilməmiş hissə, 77 manat cərimə, 17.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 488 manat (20 ay x 24,4 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********90446 olan Xiaomi Redmi 8 markalı telefon üçün 235 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 2282 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 2808 manat olan Alyans-Paris Dolab, Alyans-Paris Çarpayı, Alyans-Paris Trümo, Alyans-Paris Tumba və Döşək adlı malları ayda 117 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.06.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 488 manat İMEİ kodu **********90445 olan Xiaomi Redmi 8 markalı telefonu, 2 illik qızıl zəmanəti ilə ayda 24,40 manat olmaqla, 20 ay müddətinə ödəmək şərti ilə satmışdır. Müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.10.2019cu il tarixli müqavilə üzrə ümumilikdə 2029 manat ödəniş etmişdir, 779 manat borcu qalmışdır. Ödənişlərin 210 gün gecikdirilməsinə görə 77 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 17.06.2020-ci il tarixli müqavilə üzrə 253 manat ödəniş etmişdir, 235 manat borcu qalmışdır. Ödənişlərin 300 gün gecikdirilməsinə görə 23 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında nisyə alqğı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələr əsasında cavabdehə hissə-hissə ödəmək şərtilə nisyə qaydada məişət əşyaları satmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyaların qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 24.10.2019-cu il tarixli müqavilə üzrə 779 manat ödənilməmiş hissə, 77 manat dəbbə pulu; 17.06.2020-ci il tarixli müqavilə üzrə 235 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu olmaqla ümumilikdə 1114 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31,14 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24.10.2019-cu il tarixli müqavilə üzrə 779 manat ödənilməmiş hissə, 77 manat dəbbə pulu; 17.06.2020-ci il tarixli müqavilə üzrə 235 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu olmaqla ümumilikdə 1114 (bir min yüz on dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,14 manat (otuz bir manat on dörd qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1167/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1167/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver