Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1179/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 2101 manat borc və 41,01 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2142,178 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 23.11.2019-cu il, 27.01.2020-ci il, 19.02.2020-ci il tarixli müqavilələrə əsasən Lenovo İdeapad 330 markalı komputer, İMEİ kodu **********86132 Xiaomi Redmi 8 markalı telefon, Earphones Huawei markalı qulaqlıq, X1 Redmi 8 Black markalı aksessuar və soyuducu LG almış və nəticədə 2101 manat borcu yaranmışdır. 23.11.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 798 manat (24 ay x 378 manat+78 manat ilkin ödəniş), Lenovo İdeapad 330 markalı komputer üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu, 27.01.2020-ci tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 505 manat (18 ay x 28 manat+1 manat ilkin ödəniş) İMEİ kodu **********86132 Xiaomi Redmi 8 markalı telefon, Earphones Huawei markalı qulaqlıq, X1 Redmi 8 Black markalı aksessuar üçün 111 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu, 19.02.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 1951,20 manat (24 ay x 81,30 manat+0 manat ilkin ödəniş) Soyuducu LG üçün 1399,80 manat ödənilməmiş hissə, 139,20 cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1343,40 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 798 manat olan Lenovo İdeapad 330 markalı kompüteri, 2 illik qızıl zəmanəti ilə, ayda 30 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 27.01.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 505 manat olan İMEİ kodu **********86132 Xiaomi Redmi 8 markalı telefonu, Earphones Huawei markalı qulaqlıq, X1 Redmi 8 Black markalı aksessuarı 2 illik qızıl zəmanət, və quraşdırma xidməti ilə, ayda 28 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Telecom MMC cavabdehə dəyəri 1951,20 manat olan LG markalı soyuducunu 2 illik qızıl zəmanət ilə ayda 81,30 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır Müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.11.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 398 manat ödəniş etmişdir, 400 manat borcu qalmışdır, ödənişlərin 420 gün gecikdirilməsinə görə güzəşt olunaraq 40 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 27.01.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 394 manat ödəniş etmişdir, 111 manat borcu qalmışdır, ödənişlərin 120 gün gecikdirilməsinə görə güzəşt olunaraq 11 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 19.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 551,40 manat ödəniş etmişdir, 1399,80 manat borcu qalmışdır, ödənişlərin 240 gün gecikdirilməsinə görə güzəşt olunaraq 139,20 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında müxtəlif vaxtlarda nisyə alğı-satqı müqavilələri bağlanmış və cavabdehə hissə-hissə ödəmək şərtilə məişət əşyaları satılmışdır. Cavabdeh nisyə alğısatqı müqavilələri üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyaların qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 23.11.2019-cu il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqavilə üzrə 111 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu; 19.02.2020-ci il tarixli müqavilə üzrə 1399,80 manat ödənilməmiş hissə, 139,20 manat dəbbə pulu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 41,01 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23.11.2019-cu il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqavilə üzrə 111 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu; 19.02.2020-ci il tarixli müqavilə üzrə 1399,80 manat ödənilməmiş hissə, 139,20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41,01 manat olmaqla, cəmi 2142,01 manat (iki min yüz qırx iki manat bir qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1179/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1179/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver