Məhkəmə qərarları › İş №e-2(043)-1296/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1296/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1296/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə RSK5722938 saylı müqavilə üzrə 4353 manat əsas borc, 1365 manat faiz borcu və 80 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5998 manat tutulması və müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖFN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən "xxxx" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 25 avqust 2019-cu il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 25 avqust 2019-cu il tarixli, RSK3722938 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 4808 manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducu atmış, ilkin ödəniş olaraq 200 manat ödəniş etmiş, nəticədə 4608 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 25 avqust 20t9-cu il tarixli RSK5722938 saytı müqavilə üzrə sonuncu dəfə 10.12.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və RSK5722938 saylı müqavilə üzrə alqı-satqı qiyməti 4808 manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducu üçün ümumilikdə 4553 manat ödənilməmiş hissə, 1365 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi. “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; “Atıcı”, ödənişin gecikdiritdiyi hər gün üçün, məcmu borcun 1 % həcmində “Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştiraklarının olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.08.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 4808 manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducunun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducu üçün hər ayın 24-dək ayda 192 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş, 25.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı soyuducuya görə ilkin ödəniş 200 manat ödəməklə, 24 ay ödəniş cədvəli üzrə hər ay 192 manat olmaqla cəmi 4608 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15.12.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 4553 manat əsas borc, 1365 manat faiz borcu olmaqla, cəmi 5918 manat borc pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 80 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh RKS5722938 saylı müqavilə üzrə 4553 manat əsas borc, 1365 manat faiz borcu olmaqla, cəmi 5918 (beş min doqquz yüz on səkkiz) manat borc pul və məhkəmə xərci qismində 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar