Məhkəmə qərarları › İş №e-2(043)-1419/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1419/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1419/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1741 manat borc və 37,41 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı 13.09.2019-cu il, 11.11.2019-cu il, 11.12.2019-cu il və 24.05.2020-ci il tarixli müqavilələrə əsasən, Hotpoint Paltaryuyan, Venetsiya FS-5 mebel, Soft-Yumşaq-3 yerli mebel, Adona Jurnal masa, Gorenje Tozsoran üçün 1741 manat borc yaranmışdır. Cavabdehin 13.09.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 11.12.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 11.11.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 24.05.2020-ci il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.09.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 867,8 manat (19 ay x 43.39 manat + 43.39 manat ilkin ödəniş) olan Hotpoint Paltaryuyan üçün ümumilikdə, 733 manat olmaqla ondan, 667 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66 manat cərimə miqdarında borc yaranmışdır. 11.12.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 445,68 manat (35 ay x 12.38 manat + 12.38 manat ilkin ödəniş) olan Venetsiya FS-5 mebel üçün ümumilikdə, 440 manat olmaqla ondan, 404 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36 manat cərimə; 11.11.2019-cu il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 417,52 manat (33 ay x 12.28 manat + 12.28 manat ilkin ödəniş) olan Soft- Yumşaq-3 yerli mebel, Adona Jurnal masa üçün ümumilikdə, 407 manat olmaqla ondan, 374,52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,48 manat cərimə; 24.05.2020-ci il tarixli müqaviləsinə 19.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 182, 24 manat (33 ay x 5.36 manat + 5.36 manat ilkin ödəniş) olan Gorenje Tozsoran üçün ümumilikdə, 161 manat olmaqla ondan, 151 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 316,72 manat təşkil edir. Cavabdehlə bağlanılmış 13.09.2019-cu, 11.12.2019-cu, 11.11.2019-cu, 24.05.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri 01.04.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 13.09.2019-cu il tarixli, 00909808 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1422 manat olan əşyanı (Hotpoint Paltaryuyan) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 79 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 13.09.2019-cu il tarixli, 00909808 №-li Müqavilə üzrə 19.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 19 ay, aylıq ödəniş 43,39 manat, son ödəmə tarixi isə 03.11.2022-ci il tarix kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 11.11.2019-cu il tarixli, 01043136 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 504 manat olan əşyanı (Soft-Yumşaq-3 yerli mebel, Adona Jurnal masa) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 21 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli, 01043136 №-li Müqavilə üzrə 19.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 33 ay, aylıq ödəniş 12,28 manat, son ödəmə tarixi isə 03.01.2024-cü il tarix kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 11.12.2019-cu il tarixli, 01117053 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 504 manat olan əşyanı (Venetsiya FS-5 mebel) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 21 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli, 01117053 №-li Müqavilə üzrə 19.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 35 ay, aylıq ödəniş 12,38 manat, son ödəmə tarixi isə 03.03.2024-cü il tarix kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24.05.2020-ci il tarixli, 20304740 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 165,6 manat olan əşyanı (Gorenje Tozsoran) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 9,2 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 24.05.2020-ci il tarixli, 20304740 №-li Müqavilə üzrə 19.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 33 ay, aylıq ödəniş 5,36 manat, son ödəmə tarixi isə 03.01.2024-cü il tarix kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış 13.09.2019-cu il, 11.11.2019-cu il, 11.12.2019-cu il və 24.05.2020-ci il tarixli müqavilələr və həmin müqavilələr üzrə bağlanmış 19.03.2021-ci il tarixli 01 saylı əlavələr üzrə Cavabdeh cəmi 316,72 manat ödəniş etmiş, onun hal-hazırda 1741 manat (1596,52 manat əsas borc, 144,48 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 01.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr və ondan sonra bağlanmış restruktruzasiya razılaşması ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1596,52 manat əsas borc və 144,48 manat cərimə olmaqla, cəmi 1741 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 37,41 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.09.2019-cu il, 11.11.2019-cu il, 11.12.2019-cu il və 24.05.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri və həmin müqavilələrə 19.03.2021-ci il tarixli 01 saylı əlavə razılaşmalar üzrə yaranmış 1596,52 manat əsas borc və 144,48 manat cərimə olmaqla, cəmi 1741 manat (min yeddi yüz qırx bir manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,41 manat (otuz yeddi manat qırx bir qəpik) pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar