Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1479/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1664 manat borc və 36,64 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı 15.09.2019cu il, 01.01.2020-ci il, 17.01.2020-ci il, 22.02.2020-ci il, 13.05.2020-ci il və 01.08.2020-ci il tarixli müqavilələrə əsasən LG LED TV, Samsung Galaxy A20 markalı telefon, Panasonic Üz qırxan, Dr.Beckmann Ləkə çıxardan duz, X1, Pixma Canon, Pixma Canon, 2 ədəd X2, Xiaomi qulaqlıq, Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1664 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 492 manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A20 markalı telefon üçün 82 manat olmaqla, ondan 82 manat ödənilməmiş hissə 0 manat cərimə; 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513,5 manat (12 ay x 42,8 manat + 0 manat ilkin ödəniş) Panasonic Üz qırxan, Dr.Beckmann Ləkə çıxardan duz, X1 üçün 212 manat olmaqla, ondan 212 manat ödənilməmiş hissə güzəşt olunaraq 0 manat cərimə; 17.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420 manat olan (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) LG markalı Led televizor üçün 210 manat olmaqla, ondan 210 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; 22.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 395,4 manat olan (6 ay x 65,9 manat + 0 manat ilkin ödəniş) Pixma Canon üçün 66 manat olmaqla, ondan 66 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; 13.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 494,4 manat olan (12 ay x 39,2 manat + 24 manat ilkin ödəniş) Pixma Canon, 2 ədəd X2, Xiaomi qulaqlıq üçün 353 manat olmaqla, ondan 353 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; 01.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 808,8 manat olan (12 ay x 67,4 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A51 markalı telefon üçün 741 manat olmaqla, ondan 741 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1460,2 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 15.09.2019-cu il tarixli, 00915459 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 492 manat olan əşyanı (Samsung Galaxy A20 markalı telefon) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 41 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01.01.2020-ci il tarixli, 20001074 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 513,6 manat olan əşyanı (Panasonic markalı üzqırxan, X4 çıxardan duz, Nevresim takımı) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 42,8 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 17.01.2020-ci il tarixli, 20043899 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 420 manat olan əşyanı (LG markalı LED televizor) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 35 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22.02.2020-ci il tarixli, 20117486 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 395,4 manat olan əşyanı (Canon Pixma) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 65,9 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 13.05.2020-ci il tarixli, 20278872 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 494,4 manat olan əşyanı (Canon Pixma, X2, İntaleo Type-C X3 Airdots) Cavabdeh 24 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 39,2 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01.08.2020-ci il tarixli, 21050017 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 808,8 manat olan əşyanı (Samsung Galaxy A51 markalı telefon) Cavabdeh dəyərini “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 67,4 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış 15.09.2019-cu il, 01.01.2020-ci il, 17.01.2020-ci il, 22.02.2020-ci il, 13.05.2020ci il və 01.08.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh cəmi 1460,2 manat ödəniş etmiş, onun hal-hazırda 1664 manat (1664 manat əsas borc, 0 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 22.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1664 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36,64 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 15.09.2019-cu il, 01.01.2020-ci il, 17.01.2020-ci il, 22.01.2020-ci il, 13.05.2020-ci il və 01.08.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1664 (min altı yüz altmış dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,64 manat (otuz altı manat altmış dörd qəpik) pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-1479/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1479/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver