Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1491/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləyə əsasən İphone 11 Pro markalı telefon üçün 1697 manat ödənilməmiş məbləğ, 363 manat dəbbə pulu, 27.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləyə əsasən İphone 11 markalı telefon üçün 1585 manat ödənilməmiş məbləğ, 206 manat dəbbə pulu, 09.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləyə əsasən, X4 10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon üçün 1444 manat ödənilməmiş məbləğ, 204 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A10 markalı telefon, Sımfer Spirallı peç üçün 341 manat ödənilməmiş məbləğ, 69 manat dəbbə pulu olmaqla, cəmi 5909 (beş min doqquz yüz doqquz) manat pulun və 79,09 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, 17.01.2020-ci il tarixli, 27.02.2020-ci il tarixli, 09.02.2020-ci il tarixli, və 25.01.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İphone 11 Pro markalı telefon, İphone 11 markalı telefon, X4 10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon, Sımfer Spirallı peç almışdır. Cavabdehin 17.01.2020-ci il, 27.02.2020-ci il tarixli, 09.02.2020-ci il tarixli, 25.01.2020-ci il tarixli müqavilələri 05.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən resrtukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 5909 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 17.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləsinə əsasən 1697 manat ödənilməmiş məbləğ 363 manat dəbbə pulu, 27.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqavilə üzrə 1585 manat ödənilməmiş məbləğ 206 manat dəbbə pulu, 09.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləsi üzrə 1444 manat ödənilməmiş məbləğ 204 manat dəbbə pulu; 25.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olunan 05.04.2021-ci il tarixli müqaviləyə əsasən 341 manat ödənilməmiş məbləğ 69 manat dəbbə pulu olmaqla ümumilikdə 5909 manat borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, maddi imkanı olmadığı üçün aldığı avadanlıqların dəyərini ödəyə bilməmişdir. Avadanlıqların dəyəri üçün qalıq borcunu ödəyəcəyini göstərərək, dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətində hər ay 245 manat ödəmək şərti ilə İphone 11 Pro markalı telefon almışdır. 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 157,5 manat ödəmək şərti ilə İphone 11 markalı telefon almışdır. 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 14 ay müddətinə hər ay 112,5 manat ödəmək şərti ilə X4 10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon almışdır. 25.01.2020-ci il tarixli, 20059755 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 37,1 manat ödəmək şərti ilə Samsung Galaxy A10 markalı telefon, Sımfer Spirallı peç almışdır. 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqaviləyə edilən 05.04.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh iddiaçıdan aldığı avadanlığı 15 ay müddətinə hər 121,21 manat ödəməyi öhdəsinə götürmüşdür. 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqaviləyə edilən 05.04.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh iddiaçıdan aldığı avadanlığı 21 ay müddətinə hər 86,51 manat ödəməyi öhdəsinə götürmüşdür. 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqaviləyə edilən 05.04.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh iddiaçıdan aldığı avadanlığı 23 ay müddətinə hər 62,78 manat ödəməyi öhdəsinə götürmüşdür. 25.01.2020-ci il tarixli, 20059755 nömrəli müqaviləyə edilən 05.04.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh iddiaçıdan aldığı avadanlığı 17 ay müddətinə hər 20,08 manat ödəməyi öhdəsinə götürmüşdür. 15.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqavilə üzrə 1697 manat ödənilməmiş məbləğ 363 manat dəbbə pulu, 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqavilə üzrə 1585 manat ödənilməmiş məbləğ 206 manat dəbbə pulu, 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqavilə üzrə 1444 manat ödənilməmiş məbləğ 204 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli, 20059755 nömrəli müqavilə üzrə 341 manat ödənilməmiş məbləğ 69 manat dəbbə pulu olmaqla ümumilikdə 5909 manat borcu qalmışdır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 25.01.2022-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqavilə üzrə tutulmalı olan 363 manat cərimə məbləği azaldılaraq 63 manat, 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqavilə üzrə tutulmalı olan 206 manat cərimə məbləği azaldılaraq 6 manat, 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqavilə üzrə tutulmalı olan 204 manat cərimə məbləği azaldılaraq 4 manat həddində, 25.01.2020ci il tarixli, 20059755 nömrəli müqavilə üzrə tutulmalı olan 69 manat cərimə məbləği azaldılaraq 9 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqavilə üzrə 1697 manat ödənilməmiş məbləğ 63 manat dəbbə pulu, 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqavilə üzrə 1585 manat ödənilməmiş məbləğ 6 manat dəbbə pulu, 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqavilə üzrə 1444 manat ödənilməmiş məbləğ 4 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli, 20059755 nömrəli müqavilə üzrə 341 manat ödənilməmiş məbləğ 9 manat dəbbə pulu olmaqla ümumilikdə 5149 (beş min bir yüz qırx doqquz) manat cavabdehdən alınaraq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 79,09 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17.01.2020-ci il tarixli, 20043615 nömrəli müqavilə üzrə 1697 manat ödənilməmiş məbləğ 63 manat dəbbə pulu, 27.02.2020-ci il tarixli, 20130857 nömrəli müqavilə üzrə 1585 manat ödənilməmiş məbləğ 6 manat dəbbə pulu, 09.02.2020-ci il tarixli, 20089698 nömrəli müqavilə üzrə 1444 manat ödənilməmiş məbləğ 4 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli, 20059755 nömrəli müqavilə üzrə 341 manat ödənilməmiş məbləğ 9 manat dəbbə pulu olmaqla ümumilikdə 5149 (beş min bir yüz qırx doqquz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 79,09 (yetmiş doqquz manat 09 qəpik) manat alınaraq "xxxx" MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(043)-1491/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1491/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver