Məhkəmə qərarları › İş №e-2(043)-1524/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1524/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1524/2022 20.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon üçün 117 manat ödənilməmiş hissə, 11 manat cərimə; 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən, məhsulun təmiri üçün 27 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 155 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.02.2020-ci il və 19.12.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon almış, məhsulun təmiri üçün 85 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 413,6 manat (12 ay x 28,8 manat + 68 manat ilkin ödəniş) İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon üçün ümumilikdə, 128 manat olmaqla ondan, 117 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə; 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 27 manat (3 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan məhsulun təmiri üçün ümumilikdə, 27 manat olmaqla ondan, 27 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 296,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 02.02.2020-ci il və 19.12.2020ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 401,6 manat olan İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefonun, dəyəri 27 manat olan məhsulun təminin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon üçün hər ay 28,8 manat və məhsulun təmiri üçün hər ay 9 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 18.04.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 413,6 manat olan mal almış, əsas borc məbləğindən 117 manat borcunu ödəmədiyindən, həmin məbləğə 11 manat cərimə hesablanmış; həmçinin 19.12.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən məhsulun təmiri üçün 3 ay müddətinə ödəmək şərti ilə dəyəri 27 manat olan xidmət haqqı almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 27 manat borcunu ödəmədiyindən, həmin məbləğə 0 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İMEİ kodu **********18879 olan “Xiaomi Redmi 8” markalı telefon üçün 117 manat ödənilməmiş hissə, 11 manat cərimə, məhsulun təmiri üçün 27 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 155 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 02.02.2020-ci il tarixli müqavilə üzrə 117 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, 19.12.2020-ci il tarixli müqavilə üzrə 27 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 155 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 185 (bir yüz səksən beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar