Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1590/2022 31.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 03.01.2021-ci il tarixli, 22183498 nömrəli müqavilə üzrə 315,4 manat ödənilməmiş hissə, 31,6 manat dəbbə pulu, 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqavilə üzrə 660,6 manat ödənilməmiş hissə, 66,4 manat dəbbə pulu olmaqla, cəmi 1074 manat pul və 30,74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehin bağladığı 03.01.2021-ci il tarixli, 22183498 saylı müqaviləyə əsasən sonuncunun alğısatqı qiyməti 379,2 manat (12 ay x 31,6 manat) İMEİ kodu **********87819 olan “Samsung Galaxy A10s” markalı telefon və “ Samsung A10s” case üçün 315,4 manat ödənilməmiş hissə, 31,6 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqaviləyə əsasən alğı-satqı qiyməti 797,6 manat (18 ay x 36,7 manat + 137 manat ilkin ödəniş) olan İMEİ kodu **********77122 “Samsung Galaxy A51” markalı telefon üçün 660,6 manat ödənilməmiş hissə, 66,4 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 200,8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış 03.01.2021-ci il və 18.02.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.01.2021-ci il tarixli, 22183498 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 379,2 manat olan “Samsung A10s” case, İMEİ kodu **********87819 olan “Samsung Galaxy A10s” markalı telefon nisyə qaydada almış, malın qiymətini ayda 31,6 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 797,6 manat olan İMEİ kodu **********77122 “Samsung Galaxy A51” markalı telefonu 137 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 36,7 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 03.01.2021-ci il tarixli, 22183498 nömrəli müqavilə üzrə əsas məbləğdən 63,8 manat ödəmiş, 315,4 manat borcu qalmışdır. Ödənişlərin 300 gün gecikdirilməsinə görə 31,6 manat cərimə hesablanmışdır. 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqavilə üzrə əsas məbləğdən 137 manat ödəmiş, 660,6 manat borcu qalmışdır. Ödənişlərin 390 gün gecikdirilməsinə görə 66,4 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh oğlundan 03.01.2021-ci il tarixli, 22183498 nömrəli müqavilə üzrə 315,4 manat ödənilməmiş hissə, 31,6 manat dəbbə pulu, 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqavilə üzrə 660,6 manat ödənilməmiş hissə, 66,4 manat dəbbə pulu olmaqla, cəmi 1074 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,74 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.01.2021-ci il tarixli, 22183498 nömrəli müqavilə üzrə 315,4 manat ödənilməmiş hissə, 31,6 manat dəbbə pulu, 18.02.2021-ci il tarixli, 22301042 nömrəli müqavilə üzrə 660,6 manat ödənilməmiş hissə, 66,4 manat dəbbə pulu olmaqla ümumilikdə 1074 (bir min yetmiş dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,74 (otuz tam yüzdə yetmiş dörd) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1590/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1590/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver