Məhkəmə qərarları › İş №e-2(043)-1612/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1612/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1612/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1412 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 605 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 321,3 manat ödənilməmiş hissə, 32,7 manat dəbbə pulu olmaqla, cəmi 2572 manat məbləğində pul və 45,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, “Nitron” markalı kombi, “HOFFMANN” markalı LED TV, “Sonorous” markalı asqı, “Atron” markalı kombi, “HOFFMANN” markalı seksiya, “HOFFMANN” markalı stabilizator almış və nəticədə 2572 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2119, manat (15 ay x 141.3 manat + 0 manat ilkin ödəniş) “Nitron” markalı kombi üçün ümumilikdə, 1553 manat olmaqla ondan, 1412 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 141 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 726 manat (3 ay x 235 manat + 21 manat ilkin ödəniş) “HOFFMANN” markalı LED TV, “ Sonorous” markalı asqı üçün ümumilikdə, 665 manat olmaqla ondan, 605 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2054, 4 manat (12 ay x 171,2 manat) “Atron” markalı kombi, “HOFFMANN” seksiya, “HOFFMANN” markalı Stabilizator üçün ümumilikdə, 354 manat olmaqla ondan, 321,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,7 manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdə “ Atron” markalı kombidən imtina etmiş və məhsul 1330,8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 402,3 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1330,8 manat, ümumilikdə, 1733,1 manat təşkil edir. Digər 2 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 828,5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 2119,2 manat olan ”Nitron” markalı kombini nisyə qaydada almış, malın qiymətini ayda 141,3 manat olmaqla, 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 726 manat olan HOFFMANN” markalı LED TV, “ Sonorous” markalı asqını nisyə qaydada almış, 21 manat ilkin ödəniş etməklə malın qiymətini ayda 235 manat olmaqla, 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 2054,4 manat olan “Atron” markalı kombi, “HOFFMANN” seksiya, “HOFFMANN” markalı stabilizatoru nisyə qaydada almış, malın qiymətini ayda 171,2 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 707,5 manat ödəmiş, 141 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 141 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 121 manat ödəmiş, 605 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 60 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 1733,1 (məhsul qaytarıldıqdan sonra qoyulan məbləğ) manat ödəmiş, 321,3 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 32,7 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh müqavilələr üzrə ödənişləri gecikdirdiyindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləğləri gecikmə müddətlərinə və müqavilənin şərtlərinə uyğundur. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən xx.xx.2020ci il tarixli müqavilə üzrə 1412 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 605 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 321,3 manat ödənilməmiş hissə, 32,7 manat dəbbə pulu olmaqla, cəmi 2572 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 45,72 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1412 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 605 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 321,3 manat ödənilməmiş hissə, 32,7 manat dəbbə pulu olmaqla, cəmi 2572 (iki min beş yüz yetmiş iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45,72 (qırx beş manat, yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar