Məhkəmə qərarları › İş №e-2(043)-1617/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1617/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1617/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 21.06.2019-cu il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində əlavəyə əsasən, “LG” markalı paltaryuyan üçün 368,44 manat ödənilməmiş hissə, 36,56 manat cərimə; 21.11.2019-cu il tarixli müqaviləsinə 07.04.2021ci il tarixində əlavəyə əsasən, İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə; 30.01.2020-ci il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində əlavəyə əsasən, İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefon üçün 87 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu olmaqla, ümumilikdə 643 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.06.2019-cu il, 21.11.2019-cu il və 30.01.2020-ci il tarixli müqavilələrinə əsasən, “LG” markalı paltaryuyan, İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefon və İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 643 manat borc yaranmışdır. Cavabdehin 21.06.2019-cu il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 21.11.2019-cu il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 30.01.2020-ci il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2019-cu il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixində əlavəyə əsasən, alqı-satqı qiyməti 465,44 manat (15 ay x 29,09 manat + 29,09 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan üçün ümumilikdə, 405 manat olmaqla ondan, 368,44 manat ödənilməmiş hissə, 36,56 manat cərimə; 21.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 191,4 manat (11 ay x 15,95 manat + 15,95 manat ilkin ödəniş) olan İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 143 manat olmaqla ondan, 130 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140,76 manat (11 ay x 11,73 manat + 11,73 manat ilkin ödəniş) olan İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 95 manat olmaqla ondan, 87 manat ödənilməmiş hissə, 8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 212.76 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı X1 arasında bağlanmış 21.06.2019-cu il, 21.11.2019-cu il və 30.01.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 465.44 manat olan “LG” markalı paltaryuyan, dəyəri 191,4 manat olan “İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefonun, dəyəri 140,76 manat olan İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “LG” markalı paltaryuyan üçün hər ay 29,09 manat, İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 15,95 manat və İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 11,73 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 28 aprel 2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21.06.2019-cu il tarixli müqaviləyə 07.04.2021-ci il tarixində əlavəyə əsasən "xxxx" MMC-dən “LG” markalı paltaryuyan üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 465,44 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 368,44 manat borcunu ödəmədiyindən, həmin məbləğə 36,56 manat cərimə hesablanmış; 21.11.2019-cu il tarixli müqaviləyə 07.04.2021-ci il tarixində əlavəyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefon üçün 11 ay müddətinə ödəmək şərti ilə dəyəri 191,4 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 130 manat borcunu ödəmədiyindən, həmin məbləğə 13 manat cərimə hesablanmış; 30.01.2020-ci il tarixli müqaviləyə 07.04.2021-ci il tarixində əlavəyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefon üçün 11 ay müddətinə ödəmək şərti ilə dəyəri 140,76 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 87 manat borcunu ödəmədiyindən, həmin məbləğə 8 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 21.06.2019-cu il tarixli 07.04.2021-ci il tarixli əlavəyə müqaviləsinə əsasən “LG” markalı paltaryuyanı 465,44 manata almış, həmin məbləğdən 97 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 368,44 manat əsas borcu qalmış, qalıq borca 36,56 manat dəbbə pulu hesablanmışdır; 21.11.2019-cu il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********18573 olan “Samsung Galaxy A10” markalı telefonu 191,4 manata almış, həmin məbləğdən 61,4 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 130 manat əsas borcu qalmış, qalıq borca 13 manat dəbbə pulu hesablanmışdır; 30.01.2020-ci il tarixli müqaviləsinə 07.04.2021-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********15325 olan “Samsung Galaxy A10” markalı telefonu 140,76 manata almış, həmin məbləğdən 53,76 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 87 manat əsas borcu qalmış, qalıq borca 8 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 57,56 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 585,44 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 589,44 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh 585,44 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 589,44 (beş yüz səksən doqquz manat qırx dörd qəpik) manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar