Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-3127/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X6 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X6 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, mərhum X2 məxsus ünvan 2 ünvanında yerləşən əmlak üzrə İddiaçı mirası qəbul etmə faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 və X1 cavabdeh X4 və mübahisə predmenti olmayan 3-cü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirası qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi və miras qalmış əmlakın həm mülkiyyət hüququ əsasında, həm də sahiblik və istifadə hüququ əsasında bölünməsi” tələbinə dair 2(043)-2490/2021 saylı mülki üzrə mübahisə predmeti, hazırki e-2(043)-3127/2021 saylı mülki iş üzrə mübahisə predmeti ilə eynidir. Lakin onlar hər iki mülki işin bir icraatda birləşdirilməsini istəmirlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 və X1 cavabdeh X4 və mübahisə predmenti olmayan 3-cü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirası qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi və miras qalmış əmlakın həm mülkiyyət hüququ əsasında, həm də sahiblik və istifadə hüququ əsasında bölünməsi” tələbinə dair 2(043)-2490/2021 saylı mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatındadır və hazır ki e-2(043)- 3127/2021 saylı mülki iş üzrə mübahisə predmeti ilə eynidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan e-2(043)-3127/2021 saylı və 2(043)-2490/2021 saylı mülki işlərin eyni miras əmlakla bağlı olmasını, eyni növlü tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin notariusu X6 qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü” tələbinə dair e-2(043)-3127/2021 saylı mülki iş, iddiaçı X3 və X1 cavabdeh X4 və mübahisə predmenti olmayan 3-cü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi və miras qalmış əmlakın həm mülkiyyət hüququ əsasında, həm də sahiblik və istifadə hüququ əsasında bölünməsi” tələbinə dair 2(043)-2490/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(043)-2490/2021 nömrə altında davam etdirilsin.
Məhkəmə qərarları › İş №e-2(043)-3127/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-3127/2021
20.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver