Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1041/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X2 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 02.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu üçün 616 manat ödənilməmiş hissə, 61 manat cərimə,18.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********44935 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81633 olan Huawei Y6 markalı telefon üçün 410 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu, ümumilikdə 1145 manat borc, 31.45 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 02.06.2019cu il tarixli, 18.12.2019-cu il tarixli və 02.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu, İMEİ kodu **********44935 olan Samsung Galaxy J4 plus markalı telefon, İMEİ kodu **********81633 olan Huawei Y6 markalı telefon almış və nəticədə 1145 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 156 manat (18 ay x 42) olan Hoffmann soyuducu üçün ümumilikdə 677 manat olmaqla ondan 616 manat ödənilməmiş hissə, güzəşt olunaraq 61 manat cərimə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 580 manat (12 ay x 45 + 40 manat) olan İMEİ kodu **********44935 olan Samsung Galaxy J4 plus markalı telefon üçün ümumilikdə 17 manat olmaqla ondan 16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 1 manat cərimə, 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 492 manat (12 ay x 41) olan İMEİ kodu **********81633 olan Huawei Y6 markalı telefon üçün ümumilikdə 451 manat olmaqla ondan 410 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 786 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 02.06.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İsmayılova X1 156 manata almışdır. - 18.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********44935 olan Samsung Galaxy J4 plus markalı telefon 580 manata almışdır. - 02.06.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********81633 olan Huawei Y6 markalı telefonu 492 manata almışdır. - 03 mart 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu üçün 616 manat ödənilməmiş hissə, 61 manat cərimə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********44935 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********81633 olan Huawei Y6 markalı telefon üçün 410 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu, ümumilikdə 1145 manat borc təşkil edir. - Tərəflər arasında bağlanmış 02.06.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 10.07.19-cu il tarixdən 10.06.20-ci il tarixədək 12 ay ərzində hər ay 41 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 02.06.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 10.07.19-cu il tarixdən 10.12.20-ci il tarixədək 12 ay ərzində hər ay 42 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 18.12.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 16.01.19-cu il tarixdən 16.12.19-cu il tarixədək 12 ay ərzində hər ay 45 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 02.06.2019-cu il tarixli, 18.12.2019-cu il tarixli və 02.06.2019-cu il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 31.45 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 02.06.2019-cu il tarixli müqaviləyə əsasən 616 manat ödənilməmiş hissə, 61 manat cərimə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən 16 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən 410 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu, ümumilikdə 1145 manat (bir min yüz qırx beş) manat və 31 (otuz bir) manat 45 (qırx beş) qəpik dövlət rüsumu tutularaq ABC X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1041/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1041/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver