Məhkəmə qərarları › İş №e-2(044)-1188/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1188/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1188/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 27.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 28 manat cərimə, 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefon üçün 553 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu, ümumilikdə 923 manat borc, 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 27.12.2020-ci il tarixli və 07.01.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefon və 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefon almış və nəticədə 923 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 401.4 manat (18 ay x 22.3 + 0 manat) olan İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefon üçün ümumilikdə 315 manat olmaqla ondan 287 manat ödənilməmiş hissə, güzəşt olunaraq 28 manat cərimə, 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1040.8 manat (18 ay x 46.6 + 202 manat) olan İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 608 manat olmaqla ondan 553 manat ödənilməmiş hissə, güzəşt olunaraq 55 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 602.2 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 27.12.2020-ci il tarixli və 07.01.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefonu 401.4 manata, İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefonu 1040.8 manata almışdır. - 31 mart 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 27.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 28 manat cərimə, 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefon üçün 553 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu, ümumilikdə 923 manat təşkil edir. - Tərəflər arasında bağlanmış 27.12.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18 ay ərzində hər ay 22.30 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 07.01.2021-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18 ay ərzində hər ay 46.60 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 27.12.2020-ci il tarixli və 07.01.2021-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 27.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70624 olan Samsung Galaxy A10s markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 28 manat cərimə, 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45988 olan Samsung Galaxy A71 markalı telefon üçün 553 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu, ümumilikdə 923 manat (doqquz yüz iyirimi üç) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar