Məhkəmə qərarları › İş №e-2(044)-1330/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1330/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1330/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefon üçün 196 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefon üçün 91 manat ödənilməmiş hissə, ümumilikdə 287 manat borc, 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefon və İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefon almış və nəticədə 287 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 592.50 manat (15 ay x 37.30 + 33 manat ilkin ödəniş) olan İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 196 manat olmaqla ondan 196 manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 481 manat (18 ay x 23 + 67 manat ilkin ödəniş) olan İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə 91 manat olmaqla ondan 91 manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 786.50 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli məktubuna mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefonu 592.50 manata, İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefonu 481 manata almışdır. - 04 aprel 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefon üçün 196 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefon üçün 91 manat ödənilməmiş hissə, ümumilikdə 287 manat təşkil edir. - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 15 ay ərzində hər ay 37.30 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18 ay ərzində hər ay 23 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19873 olan Samsung Galaxy A10 markalı telefon üçün 196 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********53817 olan Samsung Galaxy A11 markalı telefon üçün 91 manat ödənilməmiş hissə, ümumilikdə 287 (iki yüz səksən yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar