Məhkəmə qərarları › İş №e-2(044)-1493/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1493/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1493/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X2 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu üçün 1519.20 manat ödənilməmiş hissə, 151.80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlıq üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, ümumilikdə 2344 manat borc, 43.44 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu, İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlıq və İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefon almış və nəticədə 2344 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1519.20 manat (24 ay x 63.30 + 0 manat ilkin ödəniş) olan Hoffmann soyuducu üçün ümumilikdə 1671 manat olmaqla ondan 1519.20 manat ödənilməmiş hissə, güzəşt olunaraq 151.80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 390 manat (12 ay x 32.50 + 0 manat) olan İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlıq üçün ümumilikdə 250 manat olmaqla ondan 228 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 421 manat (12 ay x 35 + 1 manat) olan İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefon üçün ümumilikdə 423 manat olmaqla ondan 385 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 198 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəfərov X1 1519.20 manata, İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlığı 390 manata və İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefonu 421 manata almışdır. - 25 may 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu üçün 1519.20 manat ödənilməmiş hissə, 151.80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlıq üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, ümumilikdə 2344 manat təşkil edir. - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 24 ay ərzində hər ay 63.30 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 12 ay ərzində hər ay 32.50 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 12 ay ərzində hər ay 35 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 43.44 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu üçün 1519.20 manat ödənilməmiş hissə, 151.80 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********69618 olan Samsung Galaxy A10s markalı telefon, Headset qulaqlıq üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********29515 olan Samsung Galaxy A02s markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, ümumilikdə 2344 (iki min üç yüz qırx dörd) manat və 43 (qırx üç) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu tutularaq ABC X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar