Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-1641/2022 20.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin istifadəsinə verilməsi, öhdəliyin qoyulması tələbi barədə elektron qarşılıqlı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilikin iddianın rədd edilməsini, onunla cvabdeh Cavabdeh MMC (VÖEN: **********) arasında 04 iyul 2019-cu il tarixli, 008 saylı “Mənzil tikintisi haqqında” bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 (bir) otaqlı, 62.87 kv.m. sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında iddiaçı X1 istifadəsinə verilməsi, həmçinin həmin mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin cavadehə aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddaçı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasının və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Çünki iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə deyil, elektron qaydada qarşılıqlı iddia ərizəsi ilə ayrıca icraatda məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericiliyə əsasən qarşılıqlı iddia ərizəsi cavabdeh tərəfindən ilk iddia ərizəsi üzrə baxılan mülki işdə verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, qarşılıqlı iddia ərizəsini ilkin iddia ərizəsi üzrə baxılan mülki işdə verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin istifadəsinə verilməsi, öhdəliyin qoyulması tələbi barədə elektron qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qarşılıqlı iddia ərizəsini ilkin iddia ərizəsi üzrə baxılan mülki işdə verməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1641/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-1641/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver