Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-1718/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1970-ci ildə doğulmuş və Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsində qeydiyyatda olan Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 170 manat məbləğində ödənilməmiş hissə, 17 manat cərimə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 217 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Elektron Məhkəmə Sistemindən məlum olur ki, Cavabdeh ünvan 2 ünvanında deyil, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsində qeydiyyatdadır və həmin ünvan Gəncə şəhəri, Kəpəz rayonunun inzibati ərazisinə aiddir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Gəncə şəhəri Nizami rayonu ərazisinə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edə bilər və iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1718/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-1718/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver