Məhkəmə qərarları › İş №e-2(044)-325/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-325/2022

17.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-325/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı və X10 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı, Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, mülkə dair verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X16 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.06.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, 03.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X7 miras qalmış Gəncə şəhəri, Nizami rayon, R.Qasımov küçəsi, 2-ci döngə, 32 saylı evə hər bir vərəsənin miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ataları X34, anaları isə X3 olmuşdur. Onların birgə nikahından 5 övladları olmuş, həmin övladlar X16, İddiaçı, X30, X18 və X21r. Ataları Q.Quliyev 09.01.1981-ci ildə, anaları D. Haqverdiyeva isə 20.01.2008-ci ildə vəfat etmişdir. Ataları Q.Quliyev 09.01.1981-ci ildə vəfat edərkən iddiaçılar və mərhum A.Quliyev ata evində yaşayaraq miras əmlakı qəbul edərək idarə etmişlər. Bundan sonra 1984-cü ildə Ulduz Abdullayeya evlənmişdir. Vərəsələrdən İddiaçı isə ailə həyatı qurmayaraq bü günkü günədək ata evində yaşamışdır. Vərəsələrdən Quliyeva (Məlikova) Maya Qulu qızı 30.12.2017-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri Maraqlı şəxs1, Məlikə, Husaməddin Qurban oğlu, Maraqlı şəxs3 və X13r. Vərəsələrdən Quliyeva(Verdiyeva) Ofelya Qulu qızı 16.03.2021-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs6dur. Digər vərəsə X31 19.02.2021-ci il tarixdə vəfat etmişdir və onun birinci növbə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dır. Bu yaxınlarda iddiaçılar və cavabdehlər arasında ata evi ilə bağlı söz-söhbət yaranmış və cavabdehlər evin onların adına olmasını heçnə edə bilməyəcəklərini bildirmişlər. Bundan sonra Gəncə şəhəri, Nizami rayonu, R.Qasımov küçəsi 2-ci döngə 32 saylı evin hansı vəziyyətdə olması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu vermiş, sorğu verdikdən sonra alınmış cavabdan sonra aydın olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun 14.06.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülk X19 adına keçmiş və vərəsəyə bu əmlaka dair 03.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra müvafiq vərəsəlik işi notariat ofisindən sorğu edilərək alınmış və məlum olmuşdur ki, X19 adından arvadı Cavabdeh2 14.06.2018-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 09.01.1981-ci il tarixdə X22 vəfat etməsini və ondan Gəncə şəhəri, Nizami rayon, R.Qasımov küçəsi 2-ci döngə, 32 saylı evin miras əmlak kimi qalmasını va A .Quliyevdən başqa vərəsənin olmaması barədə bildirərək A.Quliyev miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, bundan sonra da məhz müraciət edilən tarixdə Gəncə şəhər 1 saylı notariat kontoru tərəfindən miras əmlakla bağlı 14.06.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi mərhum A.Q.Quliyevin adından ərizə verən Cavabdeh2 digər vərəsələrin olmasını notariat olisindən gizlədərək miras qalmış əmlakı bütövlükdə öz adına keçirmişdir. Odur ki, hazırda “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, mülkə dair verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi tələbinə dair iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi, iddiaçı X10 vəkili Vəkil İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, əri X31 ilə 15 oktyabr 1984-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və X19 yaşadığı mübahisəli mənzil Gəncə şəhər Nizami Rayonu Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 nömrəli evə gəlin köçmüşdür. O, həmin evə gəlin köçdükdən sonra bu günə qədər mübahisəli mənzildə yaşamışdır. X31 ilə ailən quran zaman iddiaçılar və X1 da həmin məznildə yaşamışlar. İddiaçılardan X16 onun nikahından bir neçə ay sonra ailə quraraq mənzildən köçmüş, İddiaçı ailə qurmamış və 2008-ci ilədək onlarla birlikdə mübahisəli mənzildə yaşamış, özünün ayrıca otağı olmuşdur. X1 20.01.2008-c il tarixdə vəfat etmiş, bütün dəfn xərclərini onun həyat yoldaşı X31 çəkmişdir. Qaynanasının vəfat etməsindən sonra 2018-ci ildə Gəncə şəhəri 1 saylı Notariat Kontoruna əri X19 etibarnamə üzrə nümayəndəsi kimi müraciət edərək Gəncə şəhəri Nizami rayonu Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 nömrəli evə dair vərəsəlik şəhadətnaməsi alaraq X19 adına 03.07.2018-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən Çıxarış əldə etmişlər. Notariat Kontorunda olan zaman o, İddiaçı zəng edərək Notariat Kontoruna gəlməsini və onun da ərizə verərək payının müəyyən olunmasını xəbər etsə də, İddiaçı işi olduğunu bildirərək Notarat Kontoruna gəlməmişdir. Həyat yoldaşı X31 19 fevral 2021-ci il tarixdə vəfat etmiş, vəfatından sonra Notariat Kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi almış və mübahisəli əmlaka dair onun adına 23.09.2021-ci il tarixli çıxarış verilmişdir. O, hazırda İddiaçı mübahisəli mənzilə köçməsinə etiraz etmir, lakin miras payın verilməsinə razı deyildir. Çünki onun 2 uşağı var, gələcəkdə ev satılarsa, o, Südabəyə də oradan pay verəcəkdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs3 izahat verərək bildirmişlər ki, anaları X30 hələ babaları vəfat etməmişdən, yəni 1981-ci ildən çox əvvəl ailə quraraq daimi yaşamaq üçün mübahisəli mənzildən köçmüşdür. İddiaçı onların xalasıdır. Xalaları İddiaçı ailə qurmamış və daimi olaraq Gəncə şəhəri Nizami Rayonu Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 saylı evdə yaşamışdır. O, iddianın təmin olunmasına etiraz etməmişdir. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 27.08.1952-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X2 birgə nikahlarından 17 noyabr 1946-cı il tarixdə X27 anadan olmuşdur. - 20 dekabr 1950-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X2 birgə nikahlarından xx xxxxxx 1950-ci il tarixdə İddiaçı anadan olmuşdur. - Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli Arayışdan görünür ki, X34 ilə X2 birgə nikahlarından 25.05.1955-ci il tarixdə X31 anadan olmuşdur. - 29 sentyabr 2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 09.01.1981-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. - 21 yanvar 2008-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 2001.2008ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd edilmişdir. - 21 yanvar 2008-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20.01.2008ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak X14 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli **********45 nömrəli arayışdan görünür ki, Kirovabad Şəhəri Tikinti və memarlıq işləri şöbəsnin 21.01.1953-cü il tarixli layihəsi və Notariat Kontorunda Bağlanmış 28.01.1953-cü il tarixli 2076 müqaviləsinə əsasən X28 fərdi yaşayış evinin tikintisi üçün 375.0 kvm torpaq sahəsi ayrılaraq layhə verilmişdir. X28 ünvanı Kirovabad şəhəri Kolxoz küçəsi 3-cü döngə 32 olan bu əmlakın yerləşdiyi 1105.8 kvm torpaq sahəsinə dair 20.09.1962-ci il tarixl torpaq qeydi verilmişdir. X29 adına hal hazırda ünvanı ünvan 1inə (0.104 ha torpaq sahəsində yerləşən tikili “A”-da 45.3 kvm iki yaşayış otaqları, 46.1 kvm kömkçi sahə, 76.6 kvm y/zirzəmi, tikili “B”-də 83.7 kvm əl damı, tikili “C”-də 31.7 kvm mətbəx-əl damı) 01.06.2018-ci il tarixli ********** qeydyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat Kontorunun 14.06.2018-ci il tarixl 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X19 adına keçmişdir. Vərəsəyə bu əmlaka 03.07.2018ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Gəncə şəhəri 1 saylı Notariat Kontorunun 14.06.2018-ci il tarixli 2V-83 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat ofisində 14.06.2018-cu il tarixdə 2V-83 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X19 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 ərizəsi ilə 09 yanvar 1981-ci ildə vəfat etmiş X22 oğlu X23 X17 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Əraz İdarəsnin 13.06.2018-c il tarxilii ********** nömrəli arayışına və 01.06.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0.104 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91.4 kvm olan Gəncə şəhəri Nizami rayonu Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 saylı evə tam pay almaq hüququ verilmişdir. - 05 yanvar 2018-ci il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X30 30.12.2017-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. - 29 mart 2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən surətindən görünür ki, X20 16.03.2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd edilmişdir. - 15 sentyabr 1984-cü il tarixdə Gəncə şəhər Nikah Evi tərəfindən verilmiş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X31 ilə X8 nikahları 15 sentyabr 1984cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X22 adına mülkiyyət kimi 01.06.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X19 adına mülkiyyət kimi 03.07.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh2 adına mülkiyyət kimi 23.09.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli 05/Q-1690/15 nömrəli arayışdan görünür ki, X19 ailə üzvləri ata X34 (vəfat edib), ana X4 (vəfat edib), arvadı Cavabdeh2, uşaqları xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1dır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki əsas hissədən ibarətdir: atası Qulu Quliyevdən miras qalmış ünvan 3 ünvanda yerləşən mülkə dair vərəsəlik hüququnun tanınmaqla miras əmlaka payların müəyyən olunması; həmin mülkə dair 1 saylı Notariat kontorunda 14.06.2018-ci ildə verilmiş, 2v-83 saylı vərəsəlik şəhadətnaməsinin, 03.07.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi. İşin faktiki hallarından və iş materiallarından görünür ki, ünvan 3 ünvanda yerləşən mülk mülkiyyət hüququ ilə X28 məxsus olmuş, o 19.01.1981-ci il tarixdə vəfat etmiş, vəfatından sonra miras əmlakı faktiki olaraq arvadı X4, oğlu X31, qızları İddiaçı və X27 faktiki olaraq qəbul etmişdir. Qızlarından iddiaç X27 1984-cü il tarixdə ailə quraraq evi tərk etmişdir. X31 15 sentyabr 1984-cü il tarixdə Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, miras əmlaka faktiki sahibliyi X6, İddiaçı, X31 davam etdirmişdir. Beləliklə, miras X6 (vəfat edənədək-20.08.2008-ci il tarixədək), İddiaçı, X31 (vəfat edənədək-19.02.2021-ci il tarixədək) tərəfindən qəbul edilərək həmin vaxtadək mübahisəsiz qaydada idarə olunmuşdur. X19 vəfat etməsindən sonra faktiki olaraq həmin miras əmlakın onun payına düşən hissəsini cavabdehlər: arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh1 qəbul edərək bu vaxtadək faktiki sahibliyi davam etdirmişdir. İş üzrə iddiaçılar, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və hətta, cavabdehin özü belə bunları izahatları ilə təsdiq etmişlər. Məhkəmə hesab edir ki, miras qoyan X34 09.01.1981-ci il tarixdə vəfat etdiyindən və mübahisəli vərəsəlik hüquq münasibətləri həmin vaxt yarandığından 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarının tətbiq olunmalıdır. 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən, vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X22 qanun üzrə birinci növbə vərəsələri İddiaçı, Ulduz Abdullayev, Aydın Quliyev, Maya Məlikova və Ofeliya Verdiyeva olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən Aydın Quliyev və İddiaçı atalarının sağlığında onunla birlikdə yaşamışlar, atalarının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələrdən Maya Məlikova və Ofelya Verdiyeva hələ atalarının sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Ulduz Abdullayeva atasının vəfatından sonra bir müddət həmin evdə yaşasa da o, 1984-cü ildə ailə quraraq evi tərk etmiş, sonradan həmin evə sahiblik etdiyini, həmin evi idarə etdiyini təsdiq edən heç bir hərəkət etməmişdir. Ulduz Abullayevanın mirasqoyanın ölümündən sonra miras qalmış evdə bir müddət yaşaması özlüyündə onun mirası qəbul etməsi anlamına gəlmir. Çünki, mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. Ulduz Abdullayevanın atasından miras qalmış evi idarə etməsi, eləcə də həmin evə yiyələnməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Onun ailə qurduqdan sonrakı davranışı, yəni evi tərk edərək həmin evlə əlaqəsini kəsməsi, evə hər hansı sahiblik iddia etməməsi onun miras qalmış əmlaka yiyələnmədiyini və həmin əmlakı heç vaxt idarə etmədiyini, evdə müəyyən müddət yaşamasının isə sadəcə həmin mənzildən istifadə hüquqlarını həyata keçirməsi ilə bağlı olduğunu göstərir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, mərhum X22 mirasını onun vərəsələrindən yalnız Aydın Quliyev və İddiaçı mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişlər. Lakin İddiaçı mirasın açıldığı vaxt miras mülkdə yaşamasına və miras əmlakı faktiki olaraq qəbul etməsinə baxmayaraq, Gəncə şəhər 1 saylı notariat kontorunun 14.06.2018ci il tarixli, 2V-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 4 ünvanda yerləşən mülk bütövlükdə X22 adına keçmişdir. İddiaçı haqlı olaraq, atası Qulu Quliyevdən miras qalmış ünvan 5 ünvanda yerləşən mülkün vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi tələbini irəli sürmüşdür. Bundan başqa hazırda, X34 vəfat etdikdən sonra miras əmlaka faktiki sahiblik etmiş vərəsələrdən biri X35 19.02.2021-ci il tarixdə vəfat etmiş, miras əmlakdan ona çatası pay olan ½ hissəyə faktiki sahibliyi onun birinci növbəli vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həyata keçirmişlər. Buna görə də onlara aid hissədə mübahisə X24 vəfat etdiyi 19.02.2021-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). X19 vərəsələri onun arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh1dır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, X19 ölümündən sonra onun vərəsələri bu günədək həmin evdə yaşamaqla sahiblik və istifadə edirlər. Bütün bunlar miras əmlakın X19 payına düşən ½ hissəsinin onun birinci növbəli vərəsələrinin üçü tərəfindən də mirasa faktik sahiblik etmək yolu ilə qəbul edildiyini və bunun aşkar nümayiş etdirildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Cavabdeh2 İddiaçı miras əmlaka köçüb yaşamasına razı olsa da, miras əmlakdan pay verilməsinə etiraz etmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, miras əmlak İddiaçı və Aydın Quliyev tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər ikisi bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda bərabər, yəni ½ hissədə payları vardır. X26 ½ hissədə miras payı onun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər üçü bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda 1/6 hissədə payları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsdinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. X31 miras əmlaka dair 14.06.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərkən, notarius İddiaçı həmin əmlaka vərəsəlik hüququ olduğunu nəzərə almayaraq sonuncunun payını müəyyən etmədən qanunvericiliyin tələblərini pozduğu üçün həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o, cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.5-ci maddəsi). Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 14.06.2018-ci il tarixli, 2V-1-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, 03.07.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, X7 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasa İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik hüququ tanınmalı, X7 miras qalmış ünvan 7 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə hər birinin 1/6 hissədə payları müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.06.2018-ci il tarixli, 2V-1-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun. 03.07.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. X7 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasa İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik hüququ tanınsın. X7 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə hər birinin 1/6 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar