Məhkəmə qərarları › İş №e-2(044)-670/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-670/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-670/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 13.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90594 Samsung Galaxy A20s markalı telefon üçün 99 manat ödənilməmiş hissə, 10 manat cərimə, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75139 olan Samsung Galaxy A10 markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 192 manat borc, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 13.02.2020-ci il tarixli və 13.06.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********90594 Samsung Galaxy A20s markalı telefon və İMEİ kodu **********75139 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 192 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 431.6 manat (12 ay x 35.8 manat + 2 manat ilkin ödəniş) olan əsasən İMEİ kodu **********90594 Samsung Galaxy A20s markalı telefon üçün 109 manat olmaqla ondan, 99 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 335 manat (15 ay x 20 manat + 35 manat ilkin ödəniş) olan İMEİ kodu **********75139 olan Samsung Galaxy A10 markalı telefon üçün 83 manat olmaqla ondan, 76 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 591.6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 13.02.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********90594 Samsung Galaxy A20s markalı telefonu 431 manat 6 qəpiyə almışdır. - Tərəflər arasında bağlanmış 13.02.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.03.2020-ci il tarixdən 20.02.2021-ci il tarixədək 12 ay ərzində hər ay 35 manat 8 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. - 13.06.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********75139 olan Samsung Galaxy A10 markalı telefonu 335 manata almışdır. - Tərəflər arasında bağlanmış 13.06.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.07.2020-ci il tarixdən 25.09.2021-ci il tarixədək 15 ay ərzində hər ay 20 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 24.01.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 332.6 manat, ödənilməmiş məbləği 99 manat, cərimə məbləği 10 manat, ümumilikdə ödənilməmiş məbləği 109 manat, 13.06.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 259 manat, ödənilməmiş məbləği 76 manat, cərimə məbləği 7 manat, ümumilikdə ödənilməmiş məbləği 83 manat olmaqla cəmi ödənilməmiş məbləği 192 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 13.02.2020-ci il tarixli və 13.06.2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə 99 manat ödənilməmiş hissə, 10 manat cərimə, 13.06.2020-ci il tarixli müqavilə üzrə 76 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla ümumilikdə cəmi 192 (yüz doxsan iki) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar