Məhkəmə qərarları › İş №e-2(044)-809/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-809/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-809/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 20.10.2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, İMEİ kodu **********70529 olan Hoffmann X Ultra, İMEİ kodu **********47342 olan Hoffmann T110 markalı 2 ədəd telefon üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, 27.05.2020ci il tarixli müqaviləsinə əsasən Aspirator Hoffmann üçün 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən Soft-Yumşaq-3 yerli üçün 415.2 manat ödənilməmiş hissə, 41.8 manat cərimə pulu, ümumilikdə 985 manat borc, 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 20.10.2019cu il tarixli, 27.05.2020-ci il tarixli və 27.05.2020-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, İMEİ kodu **********70529 olan Hoffmann X Ultra, İMEİ kodu **********47342 olan Hoffmann T110 markalı 2 ədəd telefon; Aspirator Hoffmann, Soft-Yumşaq-3yerli almış və nəticədə 985 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1404 manat (12 ay x 117) olan Paltaryuyan Samsung, İMEİ kodu **********70529 olan Hoffmann X Ultra, İMEİ kodu **********47342 olan Hoffmann T110 markalı 2 ədəd telefon üçün ümumilikdə 413 manat olmaqla ondan 376 manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 206.4 manat (12 ay x 17.2) olan Aspirator Hoffmann üçün ümumilikdə 115 manat olmaqla ondan 105 manat ödənilməmiş hissə, güzəşt olunaraq 10 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 549.6 manat (24 ay x 22.9) olan Soft-Yumşaq-3 yerli üçün ümumilikdə 457 manat olmaqla ondan 415.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.8 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 1263.8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 20.10.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Paltaryuyan Samsung, İMEİ kodu **********70529 olan Hoffmann X Ultra, İMEİ kodu **********47342 olan Hoffmann T110 markalı 2 ədəd telefonu 1404 manata almışdır. - 27.05.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Aspirator Hoffmannı 206.4 manata almışdır. - 27.05.2020-ci müqavilənin surətindən görünür ki, Soft-Yumşaq-3 yerlini 549.6 manata almışdır. - 27 yanvar 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnun 20.10.2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, İMEİ kodu **********70529 olan Hoffmann X Ultra, İMEİ kodu **********47342 olan Hoffmann T110 markalı 2 ədəd telefon üçün 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, 27.05.2020ci il tarixli müqaviləsinə əsasən Aspirator Hoffmann üçün 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən Soft-Yumşaq-3yerli üçün 415.2 manat ödənilməmiş hissə, 41.8 manat cərimə pulu, ümumilikdə 985 manat təşkil edir. - Tərəflər arasında bağlanmış 20.10.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 30.11.2019-cu il tarixdən 31.10.2020-ci il tarixədək 12 ay ərzində hər ay 117 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 27.05.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 09.007.2020-ci il tarixdən 09.06.2021-ci il tarixədək 12 ay ərzində hər ay 17.2 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 27.05.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 09.07.2020-ci il tarixdən 09.06.2022-ci il tarixədək 24 ay ərzində hər ay 22.9 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 20.10.2019-cu il tarixli, 27.05.2020-ci il tarixli və 27.05.2020-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 20.10.2019-cu il tarixli müqaviləyə əsasən 376 manat ödənilməmiş hissə, 37 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən 105 manat ödənilməmiş hissə, 10 manat cərimə, 27.05.2020-ci il tarixli müqaviləsinə əsasən 415.2 manat ödənilməmiş hissə, 41.8 manat cərimə pulu, ümumilikdə 985 manat (doqquz yüz səksəN beş) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar