Məhkəmə qərarları › İş №e-2(044)-825/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-825/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-825/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 19.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04530 olan Samsung J2 markalı Epilyator Braun üçün 184.8 manat ödənilməmiş hissə, 18 manat cərimə, 11.08.2020-ci il tarixli müqaviləsinə əsasən Epilyator Braun üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********69079 olan Samsung Galaxy A21s markalı telefon üçün 215 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu, ümumilikdə 504.8 manat borc, 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 19.07.2020ci il tarixli, 11.08.2020-ci il tarixli və 03.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04530 olan Samsung J2 markalı 2 ədəd Epilyator Braun və İMEİ kodu **********69079 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 504.8 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.07.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 442.8 manat (12 ay x 36.9) olan İMEİ kodu **********04530 olan Samsung J2 markalı telefon, Epilyator Braun üçün ümumilikdə 202.8 manat olmaqla ondan 184.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 manat cərimə, 11.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 120 manat (12 ay x 10) olan Epilyator Braun üçün ümumilikdə 66 manat olmaqla ondan 60 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6 manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 58 manat (18 ay x 31) olan İMEİ kodu **********69079 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 236 manat olmaqla ondan 215 manat ödənilməmiş hissə, güzəşt olunaraq 21 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 661 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 19.07.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********04530 olan Samsung J2 markalı Epilyator Braunu 442.8 manata almışdır. - 11.08.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Həsənov X2 Braunu 120 manata almışdır. - 03.09.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********69079 olan Samsung Galaxy A21s markalı telefonu 558 manata almışdır. - 25 yanvar 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 19.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04530 olan Samsung J2 markalı Epilyator Braun üçün 184.8 manat ödənilməmiş hissə, 18 manat cərimə, 11.08.2020-ci il tarixli müqaviləsinə əsasən Epilyator Braun üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********69079 olan Samsung Galaxy A21s markalı telefon üçün 215 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu, ümumilikdə 504.8 manat təşkil edir. - Tərəflər arasında bağlanmış 19.07.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 01.09.2020-ci il tarixdən 01.08.2021-ci il tarixədək 12 ay ərzində hər ay 36.9 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 11.08.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 24.09.2020-ci il tarixdən 24.08.2021-ci il tarixədək 12 ay ərzində hər ay 10 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 03.09.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 16.10.2020-ci il tarixdən 16.03.2022-ci il tarixədək 18 ay ərzində hər ay 31 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 19.07.2020-ci il tarixli, 11.08.2020-ci il tarixli və 03.09.2020-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 19.07.2020-ci il tarixli müqaviləyə əsasən 184.8 manat ödənilməmiş hissə, 18 manat cərimə, 11.08.2020-ci il tarixli müqaviləsinə əsasən 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, 03.09.2020-ci il tarixli müqaviləsinə əsasən 215 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu, ümumilikdə 504 manat (beş yüz dörd) manat 80 (səksən) qəpik və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar