Məhkəmə qərarları › İş №e-2(045)-1050/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1050/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1050/2024 11.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 38,18 (otuz səkkiz manat, on səkkiz qəpik) manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat, ümumilikdə 1866.56 (bir min səkkiz yüz altmış altı manat, əlli altı qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus “Kamaz 5410” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Kamaz 5410” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1298/23 nömrəli məktubla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 1303/21 nömrəli sığorta aktına əsasən “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin zərəri 1818,38 manat həcmində müəyyən edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş hesablama aktından görünür ki, “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1818,38 manat təşkil edir; (ehtiyyat hissələrinə görə 830 manat və usta xidməti 988,38 manat) təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş 003388 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki,ödəyci "xxxx" ASC tərəfindən vəsaiti alan Abşeron Motors MMCnin hesabəna 1818,38 manat vəsait məxaric edilmişdir; X1 ********** nömrəli, xx.xx.2024-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" hazırkı tələb üzrə 38,18 manat məbləğində dövlət rüsumu ödəmişdir; Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan “Kamaz 5410” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə baş verərkən “Kamaz 5410” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. “X2 Prado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş zərər 1818,38 manat dəyərində qiymətləndirilmiş sığortaçı «Qala Sığorta” ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxsə ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh1 mülki məsuliyyət daşımalı, hadisə yerindən yayındığına görə sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişini həmin şirkətə qaytarmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, hüquqazidd hərəkət qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə avtomobilə sahiblik edən Cavabdeh1 tərəfindən törədildiyindən həmin hərəkətə görə mülki-hüquqi cavabdehliyi də məhz sonuncu daşımalıdır. Digər Cavabdeh2 avtomobilin mülkiyyətçisidir və onun tərəfindən heç bir hüquqa zidd hərəkət edilməmişdir. Belə olduğu halda həmin avtomobilə qanuni əsasla sahiblik edən şəxsin hərəkətlərinə görə mülkiyyətçi məsuliyyət daşımamalıdır. Ona görə də iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin, ödənilmiş 38,18 manat dövlət rüsumunun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi iddiaçı «Qala Sığorta” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən, MPM-in 217-220, 227,233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1818,38 (bir min səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin, ödənilmiş 38,18 manat dövlət rüsumunun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi iddiaçı «Qala Sığorta” ASC-nin xeyrinətutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar