Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1053/2025 03.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) xidməti, İMEİ KODU **********43070 OPPO A78 markalı telefon üçün 595.2 (beş yüz doxsan beş manat, 20 qəpik) manat ödənilməmiş hissə, innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 59.52 (əlli doqquz manat, 52 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) xidməti, İMEİ KODU **********73109 XİAOMİ REDMİ A2+ markalı telefon üçün 61 (altmş bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 6,1 (altı manat, 10 qəpik) manat cərimə, ümumilikdə 745,42 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 03513638 nömrəli nisyə alğı-satqı müqavilələri, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) xidməti, İMEİ KODU **********43070 OPPO A78 markalı telefon 365,94 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində aylıq 20,33 manat (0 manat ilkin ödəniş etməklə) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli 02017426 nömrəli nisyə alğı-satqı müqavilələri, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) xidməti, İMEİ KODU **********73109 XİAOMİ REDMİ A2+ markalı telefon 846 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində aylıq 47 manat (0 manat ilkin ödəniş etməklə) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh xx.xx.2023-cü il tarixli 03513638 nömrəli və xx.xx.2024-cü il tarixli 02017426 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə 656.2 manat əsas,65,62 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla ümumilikdə 745.42 manat borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin 65,62 məbləğində cərimə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılara 6 (altı) manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələri üzrə "xxxx" MMC-nin xeyrinə əsas borca görə ödənilməmiş 656,20 manat əsas, innovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 6 manat cərimə borcu olmaqla, ümumilikdə 685,80 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 214-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borca görə ödənilməmiş 656,20 manat əsas, innovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 6 manat cərimə borcu olmaqla, ümumilikdə 685,80 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-1053/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1053/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver