Məhkəmə qərarları › İş №e-2(045)-1162/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1162/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1162/2024 08.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 manat məbləğində vurulmuş zərər və 77,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 5827,50 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 05-də Cavabdeh1 etibarnamə ilə məxsus olan və Cavabdeh2 sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Böyük Şor yolunda X1 idarə etdiyi “VAZ” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 yüngül xəsarət almışdır. Sabuçu RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Sabunçu DYPŞ-nə göndərilmişdir. Həmçinin, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində İN əqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Sabunçu DYPŞ-nə göndərilmişdir. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü (Bu Məcəllənin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-nin xx.xx.2021ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü (Bu Məcəllənin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehlərin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 Rayon Şöbəsinin 1455 nömrəli ekspert rəyinə əsasən X1 aldığı yüngül xəsarətlərin alması xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə baş vediyi təsdiqlənmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə 5000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində “VAZ” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə 5000 manat (ehtiyyat hissələri, 3228 manat və işçilik haqqı 1772 manat) məbləğində ziyan dəymişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1455 nömrəli ekspert rəyindən görünür ki, X1 aldığı yüngül xəsarətlərin alması xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə baş vediyi təsdiqlənmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respubliksı İXM-in 332.4-cü maddəsi ilə, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir; “İnzibati tənbeh vermə haqqında” TP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dötə barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; PXA97714 nömrəli sığorta aktına əsasən, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Z. Bünyadov prospektində baş vermiş hadisə nəticəsində “VAZ” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə X2 "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişinin verilməsi təsdiq edilmişdir; PXA97715 nömrəli sığorta aktına əsasən, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Z. Bünyadov prospektində baş vermiş hadisə nəticəsində X3 yüngül dərəcəli xəsarət aldığına görə "xxxx" ASC tərəfindən 750 manat sığorta ödənişinin verilməsi təsdiq edilmişdir; “ASAN ödəniş” sisteminin **********97 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" hazırkı tələb üzrə 77,5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materialını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 05 sentyabr 2021ci il tarixində Cavabdeh1 etibarnamə ilə məxsus olan və Cavabdeh2 sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Böyük Şor yolunda X1 idarə etdiyi “VAZ” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 yüngül bədən xəsarəti almışdır. Cavabdeh2 İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Sabunçu DYPŞ-yə göndərilmişdir. Həmçinin Cavabdeh1 barəsində İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Sabunçu DYPŞ-yə göndərilmişdir. Hadisə nəticəsində sığorta ödənişlərinin yekun məbləğləri 5750 manat dəyərində müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən X1 hesabına köçürülmüş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyət daşımalıdır. Cavabdeh2 Mülki Məcəllənin 1096-cı maddəsinə, Cavabdeh1 isə həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh2 mülki hüquq pozuntusu törətdiyinə görə məsuliyyət daşımalıdır. Cavabdeh1 isə yüksək təhlükə mənbəyinin sahibidir və nəqliyyat vasitəsi mülkiyyətçinin mənafeyi üçün istifadə olunmuşdur. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalı, mülki huquq pozuntusu törətmiş şəxslə birgə mülki hüquq məsuliyyəti daşımalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və hadisə baş verən zaman sürücülük hüququnun olmaması inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də, “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmasına baxmayaraq, hadisə zamanı onu idarə edən cavabdehin sürücülük hüququnun olmaması sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi, habelə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı tələbi əsaslıdır və dəymiş zərər məbləği cavabdehlərdən tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh2 mülki məsuliyyət daşımalı, hadisəni törədən zaman sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişini həmin şirkətə qaytarmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 manat məbləğində vurulmuş zərər və ödənilmiş 77,50 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 manat məbləğində vurulmuş zərər və ödənilmiş 77,50 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar