Məhkəmə qərarları › İş №e-2(045)-1245/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1245/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1245/2024 15.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə İddiaçı MMC-nin ərizənin baxılmamış saxlanılmasına dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət eütmişdir. İddiaçı MMC ərizənin baxılmamış saxlanılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh borcu tam ödədiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar