Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1336/2025 08.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış BE048948 saylı xx-xx-2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 272,98 ( iki yüz yetmiş iki manat doxsan səkkiz qəpik ) əsas borc, (0) manat cərimə və BE032464 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən 99,98 ( doxsan doqquz manat doxsan səkkiz qəpik ) əsas borc, (0) manat cərimə olmaqla ümumilikdə 372,96 ( üç yüz yetmiş iki manat doxsan altı qəpik ) borcun və 30 ( otuz manat ) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, BE048948 nömrəli nisyə satış müqaviləsi və əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hissə-hissə ödəməklə dəyəri 473,98 manat olan TELEFON İNFİNİX HOT 40 8GB/256GB PALM BLUE markalı telefonu İddiaçı MMC-dən nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, BE048948 nömrəli nisyə satış müqaviləsi üzrə Cavabdeh ödənilməmiş 272,98 manat ödənilməmiş borcu yaranmışdır; xx.xx.2024-cü il tarixli, BE032464 nömrəli nisyə satış müqaviləsi və əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hissə-hissə ödəməklə dəyəri 219,98 manat olan TELEFON TECNO SPARK GO 3/64GB ENDLESS BLACK markalı telefonu İddiaçı MMC-dən nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, BE032464 nömrəli nisyə satış müqaviləsi üzrə Cavabdeh ödənilməmiş 99,98 manat ödənilməmiş borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli Cavabdeh İddiaçı MMC-nin xeyrinə BE048948 saylı, xx-xx-2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 272,98 (iki yüz yetmiş iki manat doxsan səkkiz qəpik) əsas borc, (0)manat cərimə və BE032464 saylı, xx-xx-2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 99,98 ( doxsan doqquz manat doxsan səkkiz qəpik) əsas borc, (0) cərimə olmaqla, ümumilikdə 372,96 (üç yüz yetmiş iki manat doxsan altı qəpik) borc pul və 30 (otuz) manat miqdarında dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə BE048948 saylı, xx-xx-2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 272,98 (iki yüz yetmiş iki manat doxsan səkkiz qəpik) əsas borc, (0) cərimə və BE032464 saylı, xx-xx-2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 99,98 (doxsan doqquz manat doxsan səkkiz qəpik) əsas borc, (0) cərimə olmaqla, ümumilikdə 372,96 (üç yüz yetmiş iki manat doxsan altı qəpik) borc pul və 30 (otuz) manat miqdarında dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(045)-1336/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1336/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver