Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1385/2025 09.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 831 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 23:00 radələrində Gəncə şəhəri H.Əliyev prospektində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil “VAZ 21099” markalı, **-CP-*** və “Opel Asta” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5038970 nömrəli inzibati tənbeh haqqında qərara əsasən, Cavabdeh2 İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Tərtib olunmuş aktlara əsasən “VAZ 21099” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər zərər 930 manat təşkil edir. Bununla əlaqədar "xxxx" ASC tərəfindən hadisə üzrə PXA 146299/23 saylı sığorta aktları tərtib edilməklə “Mercedes Benz E350 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 110 manat, PXA110744/22 saylı sığorta aktı tərtib edilməklə “Opel Astar” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 721 manat, ümumilikdə 831 manat sığorta ödənişi ödənilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq heç bir fayda verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş № PXA********** nömrəli Sığorta Aktından görünür ki, 26 may 2022-ci il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 ödənilən sığorta məbləği 721 AZN təşkil etmişdir; "xxxx" ASC tərəfindən verilmiş № PXA********** nömrəli Sığorta Aktından görünür ki, 26 may 2022-ci il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ödənilən sığorta məbləği 110 AZN təşkil etmişdir; İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X1 xx.xx.2021 il tarixdən xx.xx.2022-ci il tarixədək “Mercedes Benz 230” markalı, **-BX-*** markalı avtomobili əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 AZN, bir hadisə üçün 50.000 AZN məbləğində sığorta müqaviləsi bağlanmışdır; Auto Box automobile services tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №1469 saylı qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə yekun qiymətləndirmə aktı üzrə 110 AZN təşkil edir; Auto Box automobile services tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №1470 saylı qiymətləndirmə aktından görünür ki, “Opel Astra” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə yekun qiymətləndirmə aktı üzrə 721 AZN təşkil edir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" ASC xx.xx.2005-ci il tarixdə Açıq Səhmdar Cəmiyyət kimi qeydiyyatdan keçmişdir;. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2022ci il, saat 23:00 radələrində Gəncə şəhəri H.Əliyev prospektində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil “VAZ 21099” markalı, **-CP-*** və “Opel Asta” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5038970 nömrəli inzibati tənbeh haqqında qərara əsasən, Cavabdeh2 İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Tərtib olunmuş aktlara əsasən “VAZ 21099” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər zərər 930 manat təşkil edir. Bununla əlaqədar "xxxx" ASC tərəfindən hadisə üzrə PXA 146299/23 saylı sığorta aktları tərtib edilməklə “Mercedes Benz E350 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 110 manat, PXA110744/22 saylı sığorta aktı tərtib edilməklə “Opel Astar” markalı, **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 721 manat, ümumilikdə 831 manat sığorta ödənişi ödənilmişdir. Bununla da «Xalq Sığorta” ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hazırda subroqasiya qaydasında pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1108.3.-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşımalıdır. Cavabdeh1 Mülki Məcəllənin 1096-cı maddəsinə, Cavabdeh2 isə həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh1 mülki hüquq pozuntusu törətdiyinə görə məsuliyyət daşımalıdır. Cavabdeh2 isə yüksək təhlükə mənbəyinin sahibidir və nəqliyyat vasitəsi mülkiyyətçinin mənafeyi üçün istifadə olunmuşdur. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalı, mülki huquq pozuntusu törətmiş şəxslə birgə mülki hüquq məsuliyyəti daşımalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21099” markalı, **-CP-*** və “Opel Asta” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində sonuncuların avtomobillərinə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehlərin təqsirli olması və hadisə baş verən zaman sürücülük hüququnun olmaması inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də, “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmasına baxmayaraq, hadisə zamanı onu idarə edən cavabdehin nəqliyyat vasitəsinin etibarnaməsinin olmaması sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Mercedes Benz 230” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, cavabdehin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi, habelə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği cavabdehlərdən tutulmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 831 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 831 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-1385/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1385/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver