Məhkəmə qərarları › İş №e-2(045)-1412/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1412/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1412/2023 19.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1603 manat borc və 36,03 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********36160 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İMEİ KODU **********43995 SAMSUNG GALAXY A03 markalı telefon almış və nəticədə 1117 (bir min yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 758.08 (yeddi yüz əlli səkkiz manat səkkiz qəp) manat (12 ay x 61.09 manat + 25 manat ilkin ödəniş) İmei kodu **********36160 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 807 (səkkiz yüz yeddi) manat olmaqla ondan, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 353.54 (üç yüz əlli üç manat əlli dörd qəpik) manat (12 ay x 23.42 manat + 72.5 manat ilkin ödəniş) İMEİ KODU **********43995 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 310 (üç yüz on) manat olmaqla ondan, 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 97.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Buna görə də Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********36160 XİAOR REDMİ NOTE 11 markalı telefon üçün, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********4399 SAMSUNG GALAXY A03 markalı telefon üçün 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 1117 manat borc və 31.17 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli müqavilədən görüünr ki, Zeynalov X2 **********36160 XİAOR REDMİ NOTE 11 markalı telefonu nisyə almışdır. İş materiallarında olan üçün, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Zeynalov X2 **********4399 SAMSUNG GALAXY A03 markalı telefonu nisyə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********36160 XİAOR REDMİ NOTE 11 markalı telefon üçün, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********4399 SAMSUNG GALAXY A03 markalı telefon üçün 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 1117 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 31,17 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməsi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, "xxxx" MMC-nin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh, "ABC TELECOM” MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********36160 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İMEİ KODU **********43995 SAMSUNG GALAXY A03 markalı telefon almış və nəticədə 1117 (bir min yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 758.08 (yeddi yüz əlli səkkiz manat səkkiz qəp) manat (12 ay x 61.09 manat + 25 manat ilkin ödəniş) İmei kodu **********36160 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 807 (səkkiz yüz yeddi) manat olmaqla ondan, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 353.54 (üç yüz əlli üç manat əlli dörd qəpik) manat (12 ay x 23.42 manat + 72.5 manat ilkin ödəniş) İMEİ KODU **********43995 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 310 (üç yüz on) manat olmaqla ondan, 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 97.5 manat təşkil edir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********36160 XİAOR REDMİ NOTE 11 markalı telefon üçün, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********4399 SAMSUNG GALAXY A03 markalı telefon üçün 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 1117 manat borc və 31.17 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********36160 XİAOR REDMİ NOTE 11 markalı telefon üçün, 733.08 (yeddi yüz otuz üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 73.92 (yetmiş üç manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********4399 SAMSUNG GALAXY A03 markalı telefon üçün 281.04 (iki yüz səksən bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 28.96 (iyirmi səkkiz manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 1117 manat borc və 31.17 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar