Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1439/2025 30.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müəyyən hərəkətləri məcbur et” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Goranboy şəhəri 12-ci Kvartal ünvanında yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq üzərindən keçən elektrik xəttinin torpaq sahəsinin üzərindən çıxarılması və elektrik xəttinin yerinin dəyişdirilməsini cavabdeh orqan "xxxx" ASC-yə məcbur edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Goranboy şəhəri 12-ci Kvartalda yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu DƏDRX-də qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi tikilməkdədir, həmçinin evin tikilməsi üçün qanunvericilikdə tələb olunan sənədlər mövcuddur. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin kommunal xidmətlərdən elektrik xətti ilə təmin olunması üçün Azərişıq ASC-yə müraciət etdikdə mümkün olmadığını bildirmişlər. Buna səbəb kimi də həmin xəttin yerinin onun öz şəxsi vəsaiti hesabına dəyişdirildiyi təqdirdə elektrik xətti ilə təmin olunma məsələsinə baxılmasının mümkünlüyünü bildirərək bununla bağlı Asan Xidmət Mərkəzinə müraciət etməyini tövsiyyə etmişlər. Sözügedən elektrik xəttinin tam yararsız, həm də hər an təhlükə mənbəyi yarada bilər. Hesab edir ki, cavabdehin vermiş olduğu imtina tam əsassıdır. Belə ki, mülkiyyətində olan Goranboy Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 17 saylı iclas qərarına əsasən X1. O, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə ondan almışdır. Goranboy Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 17 saylı iclas protokolunda qeyd olunur ki, alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağından və sürüşmə zonasında yerləşmir. Bunlar əsas veri ki, həmin torpaq sahəsinə dair 2017-ci il tarixdə Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlanarkən həmin torpaq sahəsinin üzərindən elektrik xətti keçməmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, tərəfindən verilmiş etirazın təmin edilməsini, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh "xxxx" ASC hüquqi şəxs kimi ünvan 2 ünvanda qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müəyyən hərəkətləri məcbur et” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-1439/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1439/2025
30.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver