Məhkəmə qərarları › İş №e-2(045)-1526/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1526/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1526/2025 30.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 5 ədəd ZƏMANƏT + 1 İL xidməti, 2 ədəd DİAMOND - YATAQ TUMBA, DİAMOND - YATAQ - SURGULU DOLAB, DİAMOND - YATAQ - TERMO, MATRAS, DİAMOND - YATAQ - ÇARPAYİ üçün, 2338.08 (iki min üç yüz otuz səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, 233.81 (iki yüz otuz üç manat, 81 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********27100 İPHONE 14 PRO MAX, PAKET APPLE xidməti, ZƏMANƏT + 1 İL xidməti, APPLE ADAPTER üçün , 3924.05 (üç min doqquz yüz iyirmi dörd manat, 5 qəpik) manat ödənilməmiş hissə, 392.41(üç yüz doxsan iki manat, 41 qəpik; manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən. 5 ədəd ZƏMANƏT + 2 İL xidməti, RELAKS - YATAQ - ÇARPAYİ, 2 ədəd RELAKS - YATAQ - TUMBA, RELAKS - YATAQ - 4 QAPİLİ DOLAB, RELAKS - YATAQ - TRUMO, MATRAS üçün 96.32 (doxsan altı manat 32 qəpik) manat ödənilməmiş hissə, 9.63 (doqquz manat 63 qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 6994,30 manat borc və 89,95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC Telecom'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5176.8 (beş min yüz yetmiş altı manat, 80 qəpik) manat (24 ay x 215.7 manat + 0 manat itkin ödəniş) olan 6 ədəd ZƏMANƏT + 1 İL xidməti, 2 ədəd DİAMOND - YATAQ TUMBA, SAFİR - YUMSAQ - KUNC divan, DİAMOND - YATAQ - SURGULU DOLAB, DİAMOND - YATAQ - TERMO, MATRAS , DİAMOND - YATAQ - ÇARPAYİ üçün ümumilikdə, 2571.89 (iki min beş yüz yetmiş bir manat, 89 qəpik) manat olmaqla ondan. 2338.08 (iki min üç yüz otuz səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 233.81 (iki yüz otuz üç manat, 81 qəpik; manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4154.94 (dörd min yüz əlli dörd manat, 94 qəpik ; manat (İS ay x 230.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********27100 İPHONE 14 PRO MAX, PAKET APPLE xidməti, ZƏMANƏT + 1 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 4316.46 (dörd min üç yüz on altı manat, 46 qəpik) manat olmaqla ondan. 3924.05 (üç min doqquz yüz iyirmi dörd manat, 5 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 392.41(üç yüz doxsan iki manat, 41 qəpik; manat dəbbə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1553.28 (bir min beş yüz əlli üç manat, 28 qəpik) manat (24 ay x 64.72 manat + 0 manat ilkin ödəniş) olan 5 ədəd ZƏMANƏT + 2 İL xidməti, RELAKS - YATAQ - ÇARPAYİ, 2 ədəd RELAKS - YATAQ - TUMBA, RELAKS - YATAQ - 4 QAPİLİ DOLAB, RELAKS - YATAQ - TRUMO, MATRAS üçün ümumilikdə, 105.95 (yüz beş manat, 95 qəpik) manat olmaqla ondan 96.32 (doxsan altı manat 32 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.63 (doqquz manat 63 qəpik; manat dəbbə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1248.46 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. "xxxx" MMC ərizə ilə məhkəməyə mürаciət еdərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını, iddianı müdаfiə еtdiklərini və qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 11224005 saylı nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan 5 ədəd ZƏMANƏT + 1 İL xidməti, 2 ədəd DİAMOND - YATAQ TUMBA, DİAMOND - YATAQ - SURGULU DOLAB, DİAMOND - YATAQ - TERMO, MATRAS, DİAMOND - YATAQ - ÇARPAYİ 5176,8 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 24 ay ərzində aylıq 215,7 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-ci il tarixli, 03456676 saylı nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan İmei kodu **********27100 İPHONE 14 PRO MAX, PAKET APPLE xidməti, ZƏMANƏT + 1 İL xidməti, APPLE ADAPTER 4154,94 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində aylıq 230,83 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-ci il tarixli, 03374421 saylı nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan 5 ədəd ZƏMANƏT + 2 İL xidməti, RELAKS - YATAQ - ÇARPAYİ, 2 ədəd RELAKS - YATAQ - TUMBA, RELAKS - YATAQ - 4 QAPİLİ DOLAB, RELAKS - YATAQ - TRUMO, MATRAS 1553,28 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 24 ay ərzində aylıq 64,72 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Goranboy rayonun Borsunlu kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır; 21 iyul 2025-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 11224005 saylı, xx.xx.2024-ci il tarixli, 03456676 saylı və xx.xx.2023-ci il tarixli, 03374421 saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 6994,30 manat borcu yaranmışdır; Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur; xx.xx.2025-ci tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 89,95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrin predmeti olan əşyalar sonuncuya təhvil verilmiş, cavabdeh də müqavilələrdə göstərilmiş qaydada borcun ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malların dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə tələb olunan 635,85 manat məbləğində dəbbə pulları hissəsinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq, 63 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 89,95 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə (1000 manatdan 10.000 manatadək olduqda olduqda) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 84,21 manat məbləğində müəyyən edilməli və qalıq 5,74 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2338.08 (iki min üç yüz otuz səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 3924.05 (üç min doqquz yüz iyirmi dörd manat, 5 qəpik) manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 96.32 (doxsan altı manat 32 qəpik) manat ödənilməmiş hissə, 3 manat dəbbə borcu olmaqla, ümumilikdə 6421,45 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,21 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, dövlət rüsumunun 5,74 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən, MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2338.08 (iki min üç yüz otuz səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 3924.05 (üç min doqquz yüz iyirmi dörd manat, 5 qəpik) manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 96.32 (doxsan altı manat 32 qəpik) manat ödənilməmiş hissə, 3 manat dəbbə borcu olmaqla, ümumilikdə 6421,45 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,21 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun 5,74 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar