Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-161/2025 10.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı «Azsığorta” ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azsığorta” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 35,40 (otuz beş at qırx qəpik) manat, ümumilikdə 1535,40 (bir min beş yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı «Azsığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində, Goranboy rayonu ərazisində "xxxx" ASC-də (bundan sonra ASC) "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edilən "Vaz 21704" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil "VAZ-21154" markalı, ** UR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü X6 az ağır dərəcəli xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 aldığı xəsarətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1500 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(045)78/2013 nömrəli hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır; CML-2455/2021-AKT2806/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, sığorta aktının surətindən görünür ki, sığortalanmış “VAZ 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 dəymiş az ağır xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi hesablanmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 125 nömrəli ekspert rəyinin surətindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin əzniyi, sağ mil sümüyünün və sol baldırın hər iki sümüklərinin sınıqıları bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2013-cü il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-78/2013 nömrəli, 10 iyul 2013-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətinə nəqliyyət vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından hər ay 10% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir; Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC 1500 manat məbləğində sığorta ödənişini X4 hesabına köçürmüşdür; Fotoşəkillərdən “VAZ-21154” markalı, ** UR *** və “VAZ 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillərin zədəli olmaları görünür; “ExpressPay” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, «AZSİĞORTA” ASC məhkəmədə iddia qaldırmaq üçün 35,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndi ərazisində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olan X4 idarə etdiyi VAZ-21154” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. X2 az ağır zərər vurmuşdur. X4 avto-qəza nəticəsində aldığı xəsarət 1500 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «AZSİĞORTA” ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs X3 ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 35,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 35 manat dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən, MPM-in 217-220, 227,233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-161/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-161/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver