Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1650/2024 02.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı borc tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat pul, 31.19 manat dövlət rüsumunun alınaraq, ABC Telecom MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ABC Telecom MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ABC Telecom MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh ABC Telecom MMC-dən İMEİ Kod **********94316 Samsung Galaxy A24 Markalı Telefon, İmei Kod **********19846 X4 12 Markalı Telefon, İmei Kod **********25750 Samsung Galaxy A13 markalı telefon almış, nəticədə 1119 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh üç müqavilə üzrə cəmi 986.64 manat ödəniş etmişdir. Ona görə də borclu Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat borcu yaranmışdır. Buna görə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat pul və 31.19 manat dövlət rüsumunun alınaraq, ABC Telecom MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, ABC Telecom MMC Cavabdeh alqı-satqı qiyməti 768.96 manat (18 ay x 42.72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********94316 SAMSUNG GALAXY A24 markalı telefon satmışdır. İş materiallarında olan xx.xx.2023 -cü il tarixli müqavilədən görünür ki, ABC Telecom MMC Cavabdeh alqı-satqı qiyməti 637.2 manat (18 ay x 35.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********19846 X4 12 markalı telefon satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, ABC Telecom MMC Cavabdeh alqı-satqı qiyməti 598.14 manat (18 ay x 33.23 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********25750 SAMSUNG GALAXY A13 markalı telefon satmışdır. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat borcu qalmışdır. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31.19 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməsi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ABC Telecom MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, ABC Telecom MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023 -ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh ABC Telecom MMC-dən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon, İMEİ kod **********19846 X4 12 markalı telefon, İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon almış, nəticədə 1119 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh üç müqavilə üzrə cəmi 986.64 manat ödəniş etmişdir. Ona görə də borclu Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat borcu yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 600.4-cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat borc, 31.19 manat dövlət rüsumu alınaraq ABC Telecom MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********94316 Samsung Galaxy A24 markalı telefon üçün 607.96 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********19846 X4 12 markalı telefon üçün 321.38 manat ödənilməmiş hissə, 32.62 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********25750 Samsung Galaxy A13 markalı telefon üçün 88.32 manat ödənilməmiş hissə, 8.68 manat cərimə, ümumilikdə 1119 manat borc, 31.19 manat dövlət rüsumu alınaraq ABC Telecom MMC-nin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(045)-1650/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1650/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver