Məhkəmə qərarları › İş №e-2(045)-1793/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1793/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1793/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) Cavabdeh qarşı «pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «AzərFinans” QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 saylı 5900 AZN dəyərində daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 3139 AZN əsas borc, 765 AZN faiz borcu, 1935 AZN dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 79 AZN olmaqla, ümumilikdə cəmi 5918 AZN məbləğində pulun tutularaq «AzərFinans” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 saylı 5900 AZN dəyərində daxili lizinq müqaviləsi bağlanıb. Həmin müqavilə üzrə lizinq obyekti 2007- ci il istehsalı, 20AE911 dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metallik rəngli, “Fiat” markalı “Doblo” model minik avtomobili olub. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri vaxtında ödəmədiyi üçün hazırda cavabdehin xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 saylı 5900 AZN dəyərində daxili lizinq müqaviləsinə əsasən "xxxx" QSC-yə 3139 AZN əsas borc, 765 AZN faiz borcu, 1935 AZN dəbbə borcu olmaqla, ümumilikdə cəmi 5839 AZN borcu var. Cavadeh tərəfindən lizinq obyekti olan 2007-ci il istehsalı, 20AE911 dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metallik rəngli, “Fiat” markalı “Doblo” model minik avtomobili gizlədilib. Cavabdeh həmin lizinq obyektini mülkiyyətçi olan "xxxx" QSC-yə təhvil verməkdən imtina edib. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmişdir, lakin İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini və onların iştirakı olmadan işə baxılmasını xahiş etdmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC-nin xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən 5900 manat dəyərində 2007- ci il istehsalı, 20AE911 dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metallik rəngli, “Fiat” markalı “Doblo” model minik avtomobili 24 ay müddətinə lizinq alanın sahiblik və istifadəsinə vermişdir; İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır; İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş ümumi dəyəri 5900 manat dəyərində 2007- ci il istehsalı, 20AE911 dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metallik rəngli, “Fiat” markalı “Doblo” model minik avtomobili üçün Cavabdeh 5605 manat ödəniş etmiş, nəticədə 3139 manat borcu qalmışdır; X1 ********** saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 79 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 nömrəli müqaviləyə əsasən iddiaçı mülkiyyətindəki dəyəri 6500 (alt min beş yüz) manat dəyərində 5900 manat dəyərində 2007-ci il istehsalı, 20AE911 dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metallik rəngli, “Fiat” markalı “Doblo” model minik avtomobili cavabdehin sahiblik və istifadəsinə 24 ay müddətinə vermişdir. Cavabdeh öhdəliyindən 5605 manat etmiş, nəticədə 3139 manat əsas və 765 manat borcu qalmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin 1935 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 nömrəli lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunduğundan, Cavabdeh İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 3139 manat, faiz borcu üzrə 765 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 3924 manat borc pul və iddiaçı tərəfindən ödənilmiş 59,24 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, AFLZ00-000139 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 3139 manat, faiz borcu üzrə 765 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 3924 manat borc pul və iddiaçı tərəfindən ödənilmiş 59,24 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar