Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1878/2023 31.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinn üzrlü sayılaraq uzadılması, miras əmlakının qəbulu” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Quşçular kəndində yerləşən xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə fərdi yaşayış evinin 1/6 hissəsinə onun qanun üzrə vərəsə kimi tanınması, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/6 hissəsinə onun payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının vəkili və nümayəndəsi ərizə ilə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarxili qəbzdən görünür ki, İddiaçı 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinn üzrlü sayılaraq uzadılması, miras əmlakının qəbulu” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1878/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1878/2023
31.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver