Məhkəmə qərarları › İş №e-2(045)-1992/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1992/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1992/2025 30.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "Azəriqaz " İB-nin Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB-yi məhkəməyə müraciət edərək, Cavabdehdan 1051.47 manat məbləğində pulun və ödənilmiş 30.51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "Azəriqaz" İB-yi xx.xx.2025-ci il tarixdə “EMS” vasitəsilə məhkəməyə ərizə təqdim edərək, İddiaçı cavabdeh xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı qarşı debitor borcun ödənilməsi tələbinə dair Goranboy Məhkəməsinə müraciət etmişdir. Sonradan araşdırma zamanı Cavabdeh barəsində iddia qaldırıldığı və e-2(045)-1846/2025 saylı işin icraatda olduğu müəyyən edildiyi üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsi mümkünlüyünü (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.4-cü maddəsi) nəzərə almaqla, iddiaçının geri qaytarılmas barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********22 saylı qəbzdən görünür ki, iddiaçı "Azəriqaz" İB-yi 30.51 (otuz manat 51 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən MPM-in 260, 263-264 vvə 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Azəriqaz " İB-nin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30.51 (otuz manat 51 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar