Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1995/2024 05.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borc, 40,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq '‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, ‘'ABC TELECOM” MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon nisyə almış, öhdəliyi lazımınca icra etməmiş, nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borcu yaranmışdır. Buna görə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borc pulun və 40,17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq '‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Paltaryuyan Samsung nisyə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon nisyə almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC 40,17 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ABC Telecom MMC-nin iddia ərizəsi təmin edilməlidir. Belə ki, cavabdeh, ‘'ABC TELECOM” MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon nisyə almış, öhdəliyi lazımınca icra etməmiş, nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borcu yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borc və 40,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq '‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 1428,5 manat ödənilməmiş hissə, 142,5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75502 Xiaomi Redmi 12 markalı telefon üçün 405,24 manat ödənilməmiş hissə, 40,76 manat cərimə, ümumilikdə 2017 manat borc pul və 40,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq '‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1995/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1995/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver