Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2013/2024 25.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu Paltaryuyan Hoffman üçün 380.97 manat ödənilməmiş hissə, 38.03 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********35803 Samsung Galaxy A11 markalı telefon üçün 356 manat ödənilməmiş hissə, 36 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********48414 Samsung Galaxy A11 markalı telefon üçün 261.49 manat ödənilməmiş hissə, 26.51 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********57382 BQ-7082G markalı telefon üçün 111.65 manat ödənilməmiş hissə, 11.35 manat cərimə olmaqla, ümumilikdə 1222 manat borcun və 32.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilər üzrə cavabdehin ödənilməmiş 1110.11 manat ödənilməmiş hissə, 111.89 manat cərimə olmaqla, ümumilikdə 1222 manat borcu vardır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 32,22 manat məbləğində dövlət rüsumu ödəmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il müqaviləsinə, xx.xx.2020-ci il müqaviləsinə, xx.xx.2020-ci il müqaviləsinə və xx.xx.2020-ci il müqaviləsinə əsasən ümumilikdə 1370,80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(045)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi var və iddiaçı "xxxx" MMC-nin ərizəsi əsasında həmin qətnamə üzrə Cavabdeh Oqay oğlundan iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********35803 Samsung Galaxy A11 markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********48414 Samsung Galaxy A11 markalı telefon üçün 388.8 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu Paltaryuyan Hoffman üçün 446.8 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********57382 BQ-7082G markalı telefon üçün 175.2 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 1370.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, qanunun tələbinə görə iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-2013/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2013/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver