Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2052/2023 06.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X13 qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4996 manat və ödənilmiş dövlət rüsumuna görə 69,96 manat, ümumilikdə 5065,96 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə Cavabdeh adına sığortalanmış MERCEDES BENZ 410 markalı, 99TH154 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 5/3/2020 6:30:00 AM tarixində Bakı şəhəri, Gəncə prospekti Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1, X6 və X3 əmlaklarına maddi zərər vurulmuşdur. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu" HŞİ tərəfindən zərərçəkən(lər)ə dəymiş zərərə görə aşağıdakı cədvəldə göstərilən sığorta ödənişləri həyata keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı «İcbari Sığorta Bürosu” X8 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını, aidiyyəti iş üzrə iddianı müdafiə etdiklərini, iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin cavabdehdən tutularaq «İcbari Sığorta Bürosu” X5 bank hesabına köçürülməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(011)-588/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2020-ci il tarixli, 3478/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Gəncə prospektində baş vermiş hadisə nəticəsində zədələnmiş **-SV-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” markalı avtomobilə (hal-hazırkı işin digər hadisə iştirakçılarını nəzərə alaraq ümumi zərər məbləğinin sığorta məbləğini aşması səbəbi ilə sığorta ödənişin həcmi dəymiş zərər məbləğinin 29,77% təşkil edir) 796,35 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli, 3479/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Gəncə prospektində baş vermiş hadisə nəticəsində zədələnmiş **-RF-*** dövlət qeydiyyat nişanlı, “X17” markalı avtomobilə (hal-hazırkı işin digər hadisə iştirakçılarını nəzərə alaraq ümumi zərər məbləğinin sığorta məbləğini aşması səbəbi ilə sığorta ödənişin həcmi dəymiş zərər məbləğinin 29,77% təşkil edir) 3502,44 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli, 3480/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Gəncə prospektində baş vermiş hadisə nəticəsində zədələnmiş 90-SJ 105 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı avtomobilə (hal-hazırkı işin digər hadisə iştirakçılarını nəzərə alaraq ümumi zərər məbləğinin sığorta məbləğini aşması səbəbi ilə sığorta ödənişin həcmi dəymiş zərər məbləğinin 29,77% təşkil edir) 523,95 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli, 3477/20 nömrəli, sığorta aktına əsasən, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Gəncə prospektində baş vermiş hadisə nəticəsində zədələnmiş **-ZV-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı avtomobilə (hal-hazırkı işin digər hadisə iştirakçılarını nəzərə alaraq ümumi zərər məbləğinin sığorta məbləğini aşması səbəbi ilə sığorta ödənişin həcmi dəymiş zərər məbləğinin 29,77% təşkil edir) 175,64 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “X17” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərəri 11765 manat həcmində müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, “Mitsubishi Artirek” markalı, 99-SJ 105 dövlət qeydiyyat nişanlı avtomobilin zərəri 1760 manat həcmində müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli kompensasiya ödənişindən görünür ki, "xxxx" ASC tərəfindən X12 hesabına 796,35 manat, X7 hesabına 3502,44 manat və X2 hesabına 523,95 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx.xx.2020-ci il tarixli kompensasiya ödənişindən görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 175,64 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; X11 ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı «İcbari Sığorta Bürosu” X8 hazırkı tələb üzrə 69,96 manat məbləğində dövlət rüsumü ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz 410 Yük” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Gəncə prospektində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh İXM-in 332.4-cü maddəsinə uyğun olaraq təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində **-SV-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı, “X17” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı və **-ZV-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı avtomobillərə zərər vurulmuşdur. Bununla bağlı aparılmış qiymətləndirmə və onun əsasında tərtib edilmiş qiymətləndirmə aktlarına əsasən qeyd edilən avtomobillərin əvəz olunmalı ehtiyat hissələrinin və görüləcək təmir işlərinin (dəmirçi işi, rəngsaz işi, armatur işi, çilingər işi) ümumi dəyəri 4996 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən zərərçəkən avtomobillərin sahiblərinə ödənilmişdir. Hazırda iddiaçı iddia qaldıraraq, ödənilmiş sığorta məbləğinin və 69,96 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş 4996 manat məbləğində sığorta ödənişinin və 69,96 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı «İcbari Sığorta Bürosu” X5 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş 4996 manat məbləğində sığorta ödənişinin və 69,96 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı «İcbari Sığorta Bürosu” X5 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-2052/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2052/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver