Məhkəmə qərarları › İş №e-2(045)-2069/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2069/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2069/2023 09.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81388 X1 11 markalı telefon üçün 550,08 manat ödənilməmiş hissə, 55,92 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71999 Samsung Galaxy A32 markalı telefon üçün 392 manat ödənilməmiş hissə, 39 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Aıwa qulaqlıq üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə borcunun, ümumilikdə 1107 manat borcun və 31,07 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsində iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin əslinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələb üzrə 31,07 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 31,07 (otuz bir manat, yeddi qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar