Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2114/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1 554,74 manat məbləğində borcun, həmçinin 35.55 manat dövlət rüsumunun alınaraq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************,SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********,İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə X5 İdarəsi ilə cavabdeh X3 (kod: **********00000) arasında xx.xx.2023-cü il tarixli, XS- 29-01593/23 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlSkçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır, (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.) Belə ki, Gəncə X5 İdarəsinin əməkdaşları tərəfindən cavabdeh X1 yaşadığı ünvanda qaz təsərrüfatına məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən sayğacın sərfiyyatı qeyd etmədiyi üçün yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasf’na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Sayğac yoxlamadan keçirilərkən xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-4320-1 saylı əsasən Sayğaca ümumi baxış keçirilmiş, Sayğacın keçən qazın həcmini qeyd etmədiyi, hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Bundan sonra verilmiş rəy əsasında sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından ünvan üzrə heabata alınmayan itirilmiş 12960 m3 qazın bərpası üçün 1 555.20 dəymiş ziyan hesablanmışdır. Borcun ödənilməsi barədə TŞ-01/13-670 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu verilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal- hazırda cavabdehin İddiaçınə ümumilikdə ödənilməmiş 1 554.74 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh X1 göstərilən məbləğdən hal-hazır ki, vaxta qədər ödəniş etməməsi İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilən zaman bu barədə akt tərtib edilmiş, həmin aktda onun tərəfindən “imza etməkdən imtina” qeyd edilmişdir, halbuki, həmin vaxt o, orada olmamış, nə ona, nə də ki, onun ailə üzvlərinə sayğacın yenisi ilə əvəz edilməsi barədə məlumat verilməyib. Həmçinin sayğaca baxış keçirilməsi zamanı onun iştirakı təmin edilməmişdir. Sözügedən sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı İB-nin Gəncə RQİİ (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış XS-29-01593/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmasının qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombu üzərində əzik-cızıq izləri aşkar edilmiş və sayğac istismara yararsızıdır; “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən 03 mart 2023-cü il tarixdə Cavabdeh mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; Abonentin saldosundan görünür ki, **********00000 saylı abonent Cavabdeh 1555,20 (2023-cü il) manat borcu yaranmışdır; X4 ********** saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 35,55 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatnı dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Göründüyü kimi Cavabdeh evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək İddiaçı vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmiş, yalnız iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan sənədlərdən də görünür ki, istehlakçı hər ay qaz sərfiyyatına görə ödənişini etmişdir. Sayğacda baş verən hər hansı qüsura görə istehlakçı deyil, qaz paylayıcı məsuliyyət daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə ödənilmiş 35,55 manat dövlət rüsumu İddiaçınə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 35,55 manat dövlət rüsumu İddiaçınə aid edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-2114/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2114/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver