Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-2131/2025 28.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə ilə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" QSC ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə öhtəliklərini yerinə yetirilməməsi səbəbindən vurduğu zərərin, yəni 21 946 (iyirmi bir min doqquz yüz qırx altı) manat məbləğində pulun, ödənilmiş 155.84 (yüz əlli beş manat səksən dörd qəpik) dövlət rüsumunun və 1 manat komissiya haqqının-cəmi olaraq 22 102,84 (iyirmi iki min bir yüz iki manat səksən dörd qəpik) məbləğin cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə ilə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı QSC 155,84 (yüz əlli beş manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC-nin etibarnamə ilə nümayəndəsi Nümayəndə geri qaytarma barədə ərizəsi təmin edilməli, ərizə və ərizəyə əlavə olunmuş sənədlərin əsli və ödənilmiş 155,84 (yüz əlli beş manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin əsli və ödənilmiş 155,84 (yüz əlli beş manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-2131/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-2131/2025
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver