Məhkəmə qərarları › İş №e-2(045)-2317/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2317/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2317/2025 06.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********41836 HONOR X9B markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 771,75 (yeddi yüz yetmiş bir manat, 75 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 77,18 (yetmiş yeddi manat, 18 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********34889 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 274,96 (iki yüz yetmiş dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, 27,50 (iyirmi yeddi manat, 50 qəpik) manat cərimə bocru olmaqla, ümumilikdə 1174,98 manat borc və 31,75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir; xx.xx.2024-cü il tarixli, 03769643 saylı nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" İMEİ KODU **********41836 HONOR X9B markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ 870,99 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində aylıq 48,25 manat, 2,49 manat ilkin ödəniş olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli, 19133488 saylı nisyə alqı-satqı müqaviləsi, onlara əlavə olunmuş əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" İMEİ KODU **********34889 XİAOMİ REDMİ NOTE 13 markalı telefon 550,08 manat dəyərində müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində aylıq 30,56 manat, 0 manat ilkin ödəniş olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür; 12 dekabr 2025-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03769643 saylı və xx.xx.2024-cü il tarixli, 19133488 nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1174,98 manat borcu yaranmışdır; Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 31,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli, 03769643 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 77,18 məbləğində cərimə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 70 manat, xx.xx.2024-cü il tarixli, 19133488 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 27,50 məbləğində cərimə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 31,75 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (1000 manatdan 10.000 manatadək olduqda olduqda) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 31,61 manat məbləğində müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2024-cü il tarixli, 03769643 saylı müqavilə üzrə 771,75 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 70 manat cərimə, xx.xx.2024-cü il tarixli, 19133488 saylı müqavilə üzrə 274,96 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1160,31 manat borc pul və 31,61 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumunun 0,14 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən MPM-nin 214-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il tarixli, 03769643 saylı müqavilə üzrə 771,75 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 70 manat cərimə, xx.xx.2024-cü il tarixli, 19133488 saylı müqavilə üzrə 274,96 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1160,31 manat borc pul və 31,61 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun 0,14 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar