Məhkəmə qərarları › İş №e-2(045)-335/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-335/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-335/2025 07.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2175 manat pul, 903,18 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 50,78 manat, cəmi 3128,96 manat pulun Cavabdeh alınaraq MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin MKT Goranboy filialı ilə cavabdeh arasında bağlanmış 23263092 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısı üzrə cavabdeh 8 hektar ərazidə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı cavabdehə 16993,22 manat dəyərində zəruri vəsaitlər vermiş müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Cavabdehin təhvil verdiyi pambığın dəyəri avans məbləğini ödəmədikdə cavabdeh yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdehin avans vəsaitlərinin dəyərinə görə 2175 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə ödəməlidir ki, cərimınin məbləği 903.18 manat təşkil edir. Buna görə də 2175 manat pul, 903,18 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 50,78 manat, cəmi 3128,96 manat pulun Cavabdeh alınaraq MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısı üzrə cavabdeh 8 hektar ərazidə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı cavabdehə 16993,22 manat dəyərində zəruri vəsaitlər vermiş müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Cavabdehin təhvil verdiyi pambığın dəyəri avans məbləğini ödəmədikdə cavabdeh yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2175 manat, 903,18 manat cərimə borciu vadır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 50,78 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı MMC-nin ərizəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC-nin MKT Goranboy filialı ilə cavabdeh arasında bağlanmış 23263092 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısı üzrə cavabdeh 8 hektar ərazidə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı cavabdehə 16993,22 manat dəyərində zəruri vəsaitlər vermiş müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Cavabdehin təhvil verdiyi pambığın dəyəri avans məbləğini ödəmədikdə cavabdeh yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdehin avans vəsaitlərinin dəyərinə görə 2175 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə ödəməlidir ki, cərimınin məbləği 903.18 manat təşkil edir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhədliyi icra etməmiş, kreditorun borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə görə, cavabdeh yaranmış borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə ödəməlidir. İddiaçı bank da kredit müqaviləsinin qeyd olunan müddəasını əsaslanaraq cavabdehə 903,18 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borc məbləğinə münasibətdə cərimənin yüksək məbləğdə hesablandığı qənaətinə gələrək, cərimənin 90 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2175 manat pul, 90 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 50,78 manat, cəmi 2315,78 manat pul Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2175 manat pul, 90 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 50,78 manat, cəmi 2315,78 manat pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar