Məhkəmə qərarları › İş №e-2(045)-341/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-341/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-341/2025 18.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER 2 ədəd, İMEİ KODU **********40610 SAMSUNG GALAXY S23 FE, İMEİ KODU **********98460 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 3088 (üç min səksən səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 926.40 (doqquz yüz iyirmi altı manat, 40 qəpik) manat cərimə və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, BOROFONE M80 PRO İN EAR qulaqlıq, İMEİ KODU **********93600 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, İMEİ KODU **********51125 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 1142.57 (min yüz qırx iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 342.77 (üç yüz qırx iki manat, 77 qəpik) manat cərimə olmaqla, ümumilikdə 5546.94 manat borc 75.47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən SAMSUNG 25W COMPACT CHARGER 2 ədəd, İMEİ KODU **********40610 SAMSUNG GALAXY S23 FE, İMEİ KODU **********98460 SAMSUNG GALAXY S23 FE markalı telefon, BOROFONE M80 PRO İN EAR qulaqlıq, İMEİ KODU **********93600 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, İMEİ KODU **********51125 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış və nəticədə 5546.94 (beş min beş yüz qırx altı manat, 94 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3123 (üç min yüz iyimi üç) manat (18 ay x 173.50 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER 2 ədəd, İMEİ KODU **********40610 SAMSUNG GALAXY S23 FE, İMEİ KODU **********98460 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün ümumilikdə, 4061.60 (dörd min altmış bir manat, 60 qəpik) manat olmaqla, ondan 3088 (üç min səksən səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, güzəşt olunaraq 926.40 (doqquz yüz iyirmi altı manat, 40 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1582.02 (min beş yüz səksən iki manat, 02 qəpik ) manat (18 ay x 87.89 manat + 0 manat ilkin ödəniş) olan BOROFONE M80 PRO İN EAR qulaqlıq, İMEİ KODU **********93600 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, İMEİ KODU **********51125XİAOMİ REDMİ NOTE 1m3arkalı telefon üçün ümumilikdə, 1485.34 (min dörd yüz səksən beş mant, 34 qəpik) manat olmaqla ondan, 1142.57 (min yüz qırx iki manat,57 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 342.77 (üç yüz qırx iki manat, 77 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 474.45 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə mürаciət еdərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını, iddianı müdаfiə еtdiklərini və qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi, ona əlavə olunmuş əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında həmin tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan 2 ədəd SAMSUNG 25W COMPACT CHARGER üçün 108 manat, İMEİ KODU **********40610 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1128,50 manat və İMEİ KODU **********98460 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1066,50 manat müəyyən edilmiş, Cavabdeh həmin əşyaları təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu həm 12 ay ərzində ayda 173,50 manat (12 ay x 173,50 manat + 0 manat ilkin ödəniş), həm də 6 ay ərzində ayda 173, 50 manat (6 ay x 173,50 manat + 0 manat ilkin ödəniş) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi, ona əlavə olunmuş əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan 2 ədəd BOROFONE M80 PRO İN EAR qulaqlıq üçün 24,12 manat, 2 ədəd İMEİ KODU **********93600 XİAOMİREDMİ NOTE 13 və İMEİ KODU **********51125 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 1257,84 manat müəyyən edilmiş, Cavabdeh həmin əşyaları təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində, ayda 87,99 manat (18 ay x 87,99 manat + 0 manat ilkin ödəniş) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli “Maliyyə və Ödəniş Cədvəli”ndən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borca görə 3088 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47,20 manat və 926,40 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1142,57 manat ödənilməmiş hissə, 342,77 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5546,94 manat borcu vardır; "xxxx" MMC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən Goranboy Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə cəmi 75,47 manat miqdarında dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrin predmeti olan əşyalar sonuncuya təhvil verilmiş, cavabdeh də müqavilələrdə göstərilmiş qaydada borcun ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malların dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə tələb 926,40 manat və 342,77 manat məbləğində dəbbə pulları hissəsinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq, 926,40 manat məbləğində cərimə 70 manat, 342,77 manat məbləğində cərimə isə 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 75,47 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 63,78 manat məbləğində müəyyən edilməli və qalıq 11,69 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3088 (üç min səksən səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 70 (yetmiş) manat cərimə və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1142.57 (min yüz qırx iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 4377,77 manat borc pul və 63,78 manat miqdarında ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3088 (üç min səksən səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 70 (yetmiş) manat cərimə və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1142.57 (min yüz qırx iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 4377,77 manat borc pul və 63,78 manat miqdarında ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar