Məhkəmə qərarları › İş №e-2(045)-471/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-471/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-471/2025 06.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın alğı-satqısına ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manat, 600 manat ödənilmiş hüquqi xidmət haqqı, ödənilmiş 188 manat dövlət rüsumu və 20000 manat iddiaçıya vurulmuş mənəvi zərərə görə pulun cavabdehdlərdən müştərək qaydada hər birindən bərabər hissələrlə alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, ünvan 1i ünvanında 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən iki otaqlı, ümumi sahəsi 79.5 kv. m olan yaşayış evinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 ilə onun arasında Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv ediməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X1, Cavabdeh4 daşınmaz əmlakın alğı-satqısına görə ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manat, ödənilmiş 600 manat hüquqi xidmət haqqı, ödənilmiş 188 manat dövlət rüsumu, 20000 manat mənəvi zərərə görə pulun cavabdehlərdən müştərək qaydada hər birindən bərabər hissələrlə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, kənddə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi almaq istəyirdi. Eşitmişdir ki, Goranboy rayonunun Zeyvə kəndində Seymur və onun ailəsi özlərinə məxsus həyətyanı torpaq sahəsini və onun üzərində olan yaşayış evini satmaq istəyir. 2023-cü ilin noyabr ayında Seymurla kənddə görüşmüş, evi və torpaq sahəsini satmaq istədiyini ondan soruşmuşdur, Seymur ona kənddə yerləşən həyətyanı torpaq sahəsini və onun üzərində yerləşmiş evi ona göstərmiş və cəmi 12000 (on iki min) manata satılmasına razılaşmışlar. Bundan sonra Seymur ona bildirdi ki, evin, torpaq sahəsinin “kupçası” yoxdur, ona görə də alğı-satqı müqaviləsini notariusda bağlamaq mümkün olmayacaq. O, Seymura təklif etmişdir ki, həmin sənədləri əldə etsin. Lakin o, bildirdi ki, əlində pulu yoxdur daşınmaz əmlakın reyestr xidmətində həmin sənədləri hazırlanmasına rüsumu ödəsin. O cavabdehdən soruşmuşdur ki, torpağa və evə nə məbləğdə rüsum tələb olunur. Cavabında dedi ki, daşınmaz əmlakın Goranboy rayon şöbəsindən soruşub ona bildirəcək. Bir müddətdən sonra ona torpaq sahəsinə 400 manat, evə isə 700 manat pul lazım olduğunu bildirdi. Ondan həmin pulları istədi. O, Seymura “kupça” hazırlatmaq üçün xx.xx.2023-cü il tarixdə 700 manat pulu “e-Manat” terminalla, xx.xx.2023-cü il tarixdə 400 manat pulu nağd qaydada vermişdir. “Kupça”lar (0.07 ha torpaq sahəsinə ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1, X3, Cavabdeh4 adına **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış və 2 otaqdan ibarət, ümum sahəsi 79.5 kv. m yaşayış evinə ƏMDKnin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1, X3, Cavabdeh4 adına **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış) xx.xx.2023-cü il tarixdə hazır olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehlər-satıcılar Cavabdeh2, Cavabdeh1, X2, Cavabdeh4 və onun - alıcının arasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79.5 kv. m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0.07 ha olan həyətyanı torpaq sahəsinin satılmasına dair Goranboy Rayon Notariat Ofisində AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcılar yaşayış evini 7000 manata, torpaq sahəsini 3000 manata, ümumilikdə daşınmaz əmlakı 10000 manat qiymətə satdılar, alıcı isə aldı. Müqavilənin şərtinə 11-13-cü bəndinə əsasən satıcılar xx.xx.2023-cü il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə verməyi, xx.xx.2024-cü il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. O, qarşılıqlı razılığa və alğı-satqı müqaviləsinə uyğun olaraq ona satılmış daşınmaz əmlakın pulunu xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat pulu qızı Turanə Allahverdiyevanın ’’Leobank “ kartından Cavabdeh2 “Leobank” kartına köçürmüş, "xxxx"ın xx.xx.2023-cü il tarixli qəbzi ilə 1900 manat, xx.xx.2024-cü il tarixli qəbzi ilə 2000 manat, xx.xx.2024-cü il tarixli qəbzi ilə 2000 manat, xx.xx.2024-cü il tarixli qəbzi ilə 2000 manat notariat ofisinin depozitinə mədaxil edilmiş, 2024-cü ilin mart ayında 1000 manat, 2024-cü ilin aprel ayında 300 manat və 100 manat, 2024-cü ilin may ayında 600 manat nağd qaydada Cavabdeh2 vermişdir. Müqavilə əsasında ona satılmış daşınmış əmlaka görə cavabdehlərə o, 12000 manat pul vermiş, 161 manat müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini “Alıcı “ olaraq o çəkmişdir. Pullara dair sübutları iddia ərizəsinə əlavə edir. Yuxarıda göstərilənlərə baxmayaraq, 2024-cü ilin mart ayından başlayaraq cavabdehlər Daşınmaz əmlakın alğısatqı müqaviləsinin tələblərinə əməl etməyərək, öz müqavilə öhdəliklərini icra etməyərək daşınmaz əmlakı, yardımçı vasitələri ilə birlikdə Alıcının faktiki sahibliyinə verməmiş, qanunsuz hərəkətlərə yol vermiş, ona daşınmaz əmlakı vermək istəmədiklərini bildirmiş, aldıqları pulları geri qaytarmağa pulları olmadığı deyərək daima onu əsəbləşdirmiş, nəticədə isə o xx.xx.2024-cü il tarixdə işemik insult keçirmiş, xəstəxanaya düşmüş, X7 xx.xx.2024-cü il tarixədək stasionar müalicə almışdır. Müalicəsi hələ də davam edir. Cavabdehlərin ona qarşı törədilən qanunsuz hərəkətləri şüurunda müəyyən mənfi reaksiyaya səbəb olmuş o mənəvi sarsıntı keçirmiş, sağlamlığı pozulmuş nəticəsində fiziki əzab çəkmiş, iztirab keçirmişdir. Xəstəlik tarixindən çıxarış iddia ərizəsinə əlavə edir. Cavabdehlərin ona qarşı törədilən qanunsuz hərəkətlərinə, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyinə, bunların nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyinə görə ona vurulmuş mənəvi zərəri 20.000 (iyirmi min) manat qiymətləndirır. O, cavabdehlərə xx.xx.2024-cü il tarixdə rəsmi, poçt vasitəsilə xəbərdarlıq-bildiriş göndərmiş, ona satmış olduqları evi ona təhvil vermələrini, ya 12 min manat pulu ona qaytarmalarını, ya da notariat orqanına gələrək müqavilənin notariat orqanında ləğv edilməsini təklif etmiş, cavabdehlər göndərmiş olduğu xəbərdarlıq-bildirisi poçt vasitəsi ilə almalarına baxmayaraq, həmin xəbərdarlıq-bildirişi saymamış, ona cavab verməmişlər. Poçt göndərişinin verilməsi haqqında xəbərnamələri iddia ərizəsinə əlavə edir. Bundan sonra, o Goranboy rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə 4Ə-903 № reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə “Satıcı” tərəfin müqavilə şərtlərinə əməl etməməsi səbəbindən müqavilənin ləğv edilməsi üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə Goranboy Rayon Notariat ofisinə müraciət etmiş, Satıcı” tərəf müqavilənin ləğvi üçün ofisə gəlmədiyindən ona xx.xx.2025-ci il tarixli, 20 №-li məktubla məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, o məhkəməyə müraciət edərək ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 79.5 kv. m olan yaşayış evinə dair cavabdeh-satıcılar Cavabdeh2, Cavabdeh1, X3, Cavabdeh4 arasında Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə - 903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv ediməsini, cavabdehlər-satıcılar Cavabdeh2, Cavabdeh1, X1, Cavabdeh4 daşınmaz əmlakın alğı-satqısına görə tərəfimdən ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manat, ödənilmiş 600 manat hüquqi xidmət haqqı, ödənilmiş 188 manat dövlət rüsumu, 20000 manat mənəvi zərərə görə pulun cavabdehlərdən müştərək qaydada hər birindən bərabər hissələrlə alınaraq ona verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda müqavilənin şərtlərini pozduqlarını etiraf edərək, iddia tələbini Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv ediməsi, eyni zamanda daşınmaz əmlakın alğı-satqısına görə onlara ödənilmiş 12000 manatı, həmçinin alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manatın iddiaçıya geri qaytarılması hissəsində tam, lakin iddiaçıya vurulmuş 20000 manat mənəvi zərəri qismən, yəni 2839 manat hissədə qəbul etməklə, ümumilikdə iddiaçıya 15000 (on beş min) manat pul verməyə razı olduqlarını, iddianı qalan hissədə qəbul etmədiklərini bildirdilər. Bu barədə olan ərizələrini məhkəməyə təqdim etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Goranboy Rayon Notariat Ofisinə məlumat verilsə də nümayəndəsi gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəsi 38 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarış”dan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işemik insult keçirmiş, XTM stasionar müalicə qəbul etmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 188 manat dövlət rüsumu ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı vəkilin məhkəmədə xidmət haqqı üçün 500 manat pul ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı vəkilin iddia ərizəsi tərtib etməsinə görə 100 manat pul ödəmişdir; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş TT**********872161 nömrəli, xx.xx.2023-cü tarixli qəbzdən görünür ki, İddiaçı müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə 161 manat pul ödəmişdir; “eManat” ödəniş sistemi tərəfindən verilmiş 110643 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 hesabına 700 manat vəsait köçürülmüşdür; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 7900 manat pul vəsaiti mədaxil olunmuşdur; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 20 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Daşınmaz əmlakın AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh1, X3, Aslanova X5 rayonu, Zeyvə kəndində yerləşən, ümumi sahəsi 79.5 kv.m yaşayış sahəsi 51.9 kv/m, yardımcı sahəsi 27.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini İddiaçı 10000 manata satmışlar. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79.5 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0.07 ha olan həyətyanı torpaq sahəsinin satılmasına dair Goranboy Rayon Notariat Ofisində AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin alınması üçün müqavilədə qeyd edilən məbləği tam şəkildə cavabdehlərə ödəmişdir. Hazırda həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi cavabdehlərin xüsusi mülkiyyətindədir. Cavabdehlər müqavilə üzrə öhdəliyə əməl etməyərək satmış olduqları fərdi yaşayış evini iddiaçıya təhvil verməmişlər, evin satılmasından və təhvil verilməsindən imtina etmiş, almış olduqları 12000 manat pulu iddiaçıya qaytarmamışlar. Cavabdehlər müqavilənin şərtlərini pozduqlarını etiraf edərək, iddia tələbini Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv ediməsi, eyni zamanda daşınmaz əmlakın alğı-satqısına görə onlara ödənilmiş 12000 manatı, həmçinin alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manatın iddiaçıya geri qaytarılması hissəsində tam, lakin iddiaçıya vurulmuş 20000 manat mənəvi zərəri qismən, yəni 2839 manat hissədə qəbul etməklə, ümumilikdə iddiaçıya 15000 (on beş min) manat pul verməyə razı olduqlarını, iddianı qalan hissədə qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsini: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1 və 568.2-ci maddələrinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 569.1 və 569.2-ci maddələrinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər; 646.1 və 646.2-ci maddələrinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir; 648.1 və 648.2-ci maddələrinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı qismən etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli və iddia tələbi Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv ediməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 daşınmaz əmlakın alğı-satqısına görə ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manatın iddiaçıya geri qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işemik insult keçirmiş, xəstəxanaya düşmüş və xx.xx.2024-cü il tarixədək stasionar müalicə almışdır. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 2839 manat məbləğində müəyyən edilməsini hazırkı mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iddia tələbinin ödənilmiş 188 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehlərdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 135 manat məbləğində müəyyən edilməli və qalıq 53 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzinin cavabdehlərdən tutulmalı olan hissəsi də tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 282 manat məbləğində müəyyən edilməli və 318 manat hissəsi iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia qismən təmin edilməli, ünvan 1i ünvanında 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən iki otaqlı, ümumi sahəsi 79.5 kv. m olan yaşayış evinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 arasında Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə daşınmaz əmlakın alğı-satqısına görə ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manat və mənəvi zərərə görə 2839 manat məbləğində pul, həmçinin ödənilmiş 282 manat məbləğində hüquqi xidmət haqqı və 135 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1i ünvanında 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən iki otaqlı, ümumi sahəsi 79.5 kv. m olan yaşayış evinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 arasında Goranboy Rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-903 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə daşınmaz əmlakın alğı-satqısına görə ödənilmiş 12000 manat, müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərinə ödənilmiş 161 manat və mənəvi zərərə görə 2839 manat məbləğində pul, həmçinin ödənilmiş 282 manat məbləğində hüquqi xidmət haqqı və 135 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar