Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-57/2024 11.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında 5366 manat məbləğin tutulması” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında 5366 manat məbləğin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5292,60 (beş min iki yüz doxsan iki manat, altmış qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 73,40 (yetmiş üç manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5366 (beş min üç yüz altmış altı) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 328-ci km ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə "Hyundai Elantra" markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, müvafiq avtomobili idarə edən X1 yüngül xəsarət yetirilmiş və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nə məxsus təhlükəsizlik səddinə ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-06/2022 saylı qərarla "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai Elantra" markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə 3933 (üç min doqquz yüz otuz üç) manat, X1 750 (yeddi yüz əlli) manat və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nə məxsus təhlükəsizlik səddinə 609,60 (altı yüz doqquz manat, altmış qəpik) manat məbləğində ziyan vurulmuşdur. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211752 saylı, xx.xx.2021-ci il tarixli akta əsasən 3933 (üç min doqquz yüz otuz üç) manat, İAS211753 saylı, xx.xx.2021-ci il tarixli akta əsasən 750 (yeddi yüz əlli) manat və İAS211754 saylı, xx.xx.2021-ci il tarixli akta əsasən 609,60 (altı yüz doqquz manat, altmış qəpik) manat, ümumilikdə isə "xxxx" ASC tərəfindən cəmi 5292,60 (beş min iki yüz doxsan iki manat, altmış qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, təyin olunmuş məhkəmə baxış iclasına iştirakları olmadan baxılması, təqdim edilmiş sübutlar əsasında həmin mülki iş üzrə yekun məhkəmə aktı çıxarılmasını хаhiş еtmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, idarə etdiyi "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı- Qazax-Gürcüstan sərhədi yolunun 328-ci km ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə "Hyundai Elantra" markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. O, təqsirli olduğunu etiraf edir, lakin həmin vaxt Qoşqar Allahverdiyevin sağlamlığına xəsasət yetirilməmişdir. Bundan başqa o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məhkəmənin qərarı ilə 400 manat məbləğində cərimə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən göstərilmiş məbləğ həddən artıq çoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, təqdim olunmuş ekspert rəyi ilə razıdırlar. Odur ki, iddia tələbinin qismən təmin edilməsi və ekspert rəyində göstərilən məbləğə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, İAS211752 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, «Hyundai Elantra» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən şəxs X3 dəymiş zərərin məbləği 3933 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2021-ci il tarixli, İAS211753 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, X4 yüngül dərəcəli xəsarət aldığından ona dəymiş zərər 750 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2021-ci il tarixli, İAS211754 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, Cavabdeh tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"-nə məxsus təhlükəsizlik səddinə dəymiş zərərin məbləği 609,60 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2021-ci il tarixli “Müstəqil sığorta eksperti” tərəfindən verilmiş qüsur aktından görünür ki, «Hyundai Elantra» markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün görülən işlər və ehtiyyat hissələri 3933 manat məbləğində qiymətləndirilmişdir; “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən verilmiş 16 sentyabr 2021ci il tarixli arayışdan görünür ki, birtərəfli yol təhlükəszlik səddinə vurulmuş zərərin məbləği 609,60 manat məbləğində təşkil edir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci tarixli qərara əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində cinayıət təqibinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir; xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Tərtər Rayon Məhkəməsinin 3(061)-06/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir; Məhkəmə-tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 575 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz ətrafının hematoması, ağlı qişasma qansızma, burun yəhəri, sol bazu və sol saidin sıyrıqları bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir; xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin hesabına 609,6 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/10168 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Fiziki şəxs X9 VÖEN **********” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı mühərrik həcmi 1591 sm3, “Hyundai” markalı, “Elantra” model, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3673,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2803,00 manat, təmir- bərpa işlərinin qiyməti - 870,00 manat, X7 Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Azərbaycan Dəmir Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatının təmiri ilə bağlı xərcin dəyəri 609,60 manat müəyyən edilir. İstismarına təxminən 30% köhnəlmə tətbiq edilməklə 426,72 (609,60-30%) manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; X8 xx.xx.2023-cü il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" hazırkı tələb üzrə 73,00 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2021ci il tarixində Cavabdeh idarə etdiyi "Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 328-ci km ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə "Hyundai Elantra" markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Həmçinin, yol-nəqliyyat hadisəsi zamanı "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nə məxsus təhlükəsizlik səddinə ziyan dəymişdir. Cavabdeh barəsində “Cinayət işinin başlanması rədd” edilərək, barəsində Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün materiallar RPŞnin DYPB-yə göndərilmişdir. Vurulmuş zərər 5292,60 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən X4 və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"-nin hesablarına köçürülmüş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə "Hyundai Elantra" markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"-nə məxsus təhlükəsizlik səddinə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və hadisə baş verən zaman sərxoş halda avtomobili idarə etməsi tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Opel Astra H" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, avtomobili sərxoş halda idarə etməsi, habelə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyi üçün iddiaçının subroqasiya hüququ yaranmış və cavabdeh mülki məsuliyyət daşımalıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/10168 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının ekspert rəyi əsas götürülməklə, əmlaklara dəymiş maddi ziyanın məbləği bu rəyə uyğun hesablanmalı, eyni zamanda iddiaçı tərəfindən zərərçəkənin sağlamlığına görə ödənilmiş 750 (yeddi yüz əlli) manat sığorta ödənişinin hansı əsasla hesablanmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün iddia tələbi bu hissədə rədd edilməli, nəticədə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4099,72 manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 73,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 73 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. Məhkəmə, iddia tələbinin ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə (4099,72 manat) mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat məbləğində müəyyən edilməli və qalıq 12 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4099,72 (dörd min doxsan doqquz yüz manat, yetmiş iki qəpik) manat sığorta ödənişi ödənişinin, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 38,70 manat hissəsi Cavabdeh, qalıq 11,30 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4099,72 (dörd min doxsan doqquz yüz manat, yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 38,70 manat hissəsi Cavabdeh, qalıq 11,30 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-57/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-57/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver