Məhkəmə qərarları › İş №e-2(045)-983/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-983/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-983/2025 02.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 424,51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə X4 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh X4 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 1730.43 (bir min yeddi yüz otuz manat, 43 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 898.92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat (18 ay x 49.94 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 823.81 (səkkiz yüz iyirmi üç manat, 81 qəpik ) manat olmaqla ondan, 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 667.98 (altıyüz altmışyeddi manat, 98 qəpik) manat (18 ay x 37.11 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 570.79 (beş yüz yetmiş manat, 79 qəpik) olmaqla ondan, 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 500.04 (beş yüz manat. 4 qəpik) manat (18 ay x 27.78 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 335.83 (üç yü zotuz beş manat, 83 qəpik) manat olmaqla ondan. 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.53 (otuz manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 493.82 manat təşkil edir. Buna görə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün , 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün , 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 30.53 (otuz manat, 53 qəpik) manat cərimə, ümumilikdə 1730.43 manat borc, 37.31 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrdən görünür ki, X5 TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün , 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün , 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 30.53 (otuz manat, 53 qəpik) manat cərimə, ümumilikdə 1730.43 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 37,31 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan X5 müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməsi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, "xxxx" MMC-nin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 1730.43 (bir min yeddi yüz otuz manat, 43 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 898.92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat (18 ay x 49.94 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 823.81 (səkkiz yüz iyirmi üç manat, 81 qəpik ) manat olmaqla ondan, 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 667.98 (altı yüz altmış yeddi manat, 98 qəpik) manat (18 ay x 37.11 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 570.79 (beş yüz yetmiş manat, 79 qəpik) olmaqla ondan, 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 500.04 (beş yüz manat. 4 qəpik) manat (18 ay x 27.78 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 335.83 (üç yü zotuz beş manat, 83 qəpik) manat olmaqla ondan 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.53 (otuz manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 493.82 manat təşkil edir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 1115ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 X2 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün , 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün , 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 30.53 (otuz manat, 53 qəpik) manat cərimə, ümumilikdə 1730.43 manat borc, 37.31 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. X2 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV, ZƏMANƏT + 2 İL xidməti üçün , 748.92 (yeddi yüz qırx səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 74.89 (yetmiş dörd manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********28321 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 518.9 (beş yüz on səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 51.89 (əlli bir manat, 89 qəpik) manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən, HUAWEİ WATCH FİT 2 ACTİVE qol saatı, JBL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün , 305.3 (üç yüz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 30.53 (otuz manat, 53 qəpik) manat cərimə, ümumilikdə 1730.43 manat borc və 37.31 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar