Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1025/2025 11.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı MMC -i cavabdehlər Cavabdeh və Zamin qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 397,08 manat əsas borc və 39,61 manat cərimə borcu olmaqla ümumilikdə 436,69 (Dörd yüz otuz altı manat 69 qəpik) manat borcun və 30 (Otuz manat 00 qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənnin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. E-Məhkəmə çıxarışından görünür ki, cavabdehlər kimi qeyd edilmiş Cavabdeh (FİN – xxxxxxx) və Zamin QİZİ (FİN –xxxxxxx) Göygöl rayonun Şəhriyar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə cavabdehlər Cavabdeh (FİN –xxxxxxx) və Zamin QİZİ (FİN – xxxxxxx) Göygöl rayonun Şəhriyar kəndində qeydiyyatda olduğundan Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə birlikdə qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göygöl rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz). İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1025/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1025/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver