Məhkəmə qərarları › İş №e-2(046)-1063/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1063/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1063/2025 05.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Rəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3051 (üç min əlli bir) manat məbləğində pul vəsaitinin və 51 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 15:10 radələrində Bakı şəhəri, Bülbül prospektində Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi “Toyota Prius minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də CSB200492830 saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü ilə sığortalanmış “Toyota Camry minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP 56217382 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “Toyota Camry minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 8151 manat təşkil edir. Baş vermiş hadisə üzrə “Toyota Prius minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsini icbari sığortası üzrə sığortalı olduğundan sonuncu şirkət tərəfindən dəymiş zərər üzrə 5000 (beş min) manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən hadisə üzrə CSH159242/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkmişə dəymiş zərərin aradan qaldırılması üçün ümumilikdə 8151 (səkkiz min yüz əlli bir) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Dəymiş zərər məbləğindən 8151 (səkkiz min yüz əlli bir) manat puldan 5000 (beş min) manat həmçinin azadolma məbləği olan 100 (bir yüz) manat çıxılmış qalıq məbləği olan 3051 (üç min əlli bir) manatın cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışdır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materillarında olan "xxxx" ASC tərəfindən hadisə üzrə CSH159242/24 saylı sığorta aktından görünür ki, “Toyota Camry minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən vaxtı, yəni xx.xx.2024-cü il tarixdə kasko sığorta növü ilə "xxxx" ASC-də sığortalı olmuşdur. xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry minik” markalı, **- PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 8151 manat pul hesablanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, “Toyota Prius minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-i tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3051 manat sığorta ödənişinin ödənilməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 5000 manat sığorta ödənişi ödənilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1 maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İşin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində saat 15:10 radələrində Bakı şəhəri, Bülbül prospektində Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi “Toyota Prius minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də CSB200492830 saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü ilə sığortalanmış “Toyota Camry minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdeh1 əməli törətməkdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1 maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Hadisə zamanı “Toyota Camry minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2024-cü il tarixli hesablanma aktına əsasən hesablanmış və 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərər vuran şəxs Cavabdeh1 qarşı subroqasiya qaydasında sığorta ödənişi məbləğində zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş iddiaçı "xxxx" ASCnə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh1 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 3051 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh1dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC-i iddia tələbini həmçinin digər Cavabdeh2 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh2 Cavabdeh1 ilə nə birgə (solitar), nədə ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, verilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh1 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər cavabeh Cavabdeh2 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3051 (üç min əlli bir) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-nə verilməli, iddia tələbi cavabeh Cavabdeh2 qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3051 (üç min əlli bir) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASCnə verilsin. Cavabeh Cavabdeh2 münasibətdə iddia təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh1 aid edilsin. Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar